ITU: "Onlayn Azərbaycan" layihəsi rəqəmsallaşmanın dünya standartlarına uyğundur
"Onlayn Azərbaycan" layihəsi Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) strateji məqsədlərinə tam uyğundur.
"Report" xəbər verir ki, bunu ITU-nun MDB üzrə regional direktoru Nataliya Moçu layihənin hesabat tədbirində bildirib.
"Bu layihə təkcə texnologiyaların inkişafına deyil, həm də Azərbaycanda insanların həyat keyfiyyətinin yüksəldilməsinə, onların sosial-iqtisadi rifahının artırılmasına və ölkənin daha da inkişafına kömək etmək məqsədi daşıyır. Onun əsas hədəfi ümumi rəqəmsal əlçatanlığın təmin edilməsi, keyfiyyətli, etibarlı və əlçatan informasiya-kommunikasiya texnologiyalarına (İKT) qoşulmaq üçün şəraitin yaradılmasıdır. Beynəlxalq Telekommunikasiya İttifaqı internetin universal, əlçatan və yüksək keyfiyyət standartlarına uyğun olması üçün bütün səylərini göstərir", - o qeyd edib.
N.Moçunun sözlərinə görə, daha bir prioritet telekommunikasiya və İKT-nin ədalətli, inklüziv istifadəsini təmin edən dayanıqlı rəqəmsal transformasiyadır: “Təqdim olunan videoda olduğu kimi, bu, insanların və cəmiyyətin potensialını açmağa imkan verir və dayanıqlı inkişaf üçün əsas yaradır”.
Oxşar xəbərlər
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub
“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək
TRANSCO: UNEZA-nın 2030-cu ilə kimi xalis sıfır hədəfi təkcə istək deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
