Natalya Moçu: “Azərbaycan İKT-də məlumat toplanmasını xeyli təkmilləşdirib”
sizinxeber.az xəbər saytı

Natalya Moçu: “Azərbaycan İKT-də məlumat toplanmasını xeyli təkmilləşdirib”


Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində məlumatların toplanması sisteminin təkmilləşdirilməsində əhəmiyyətli irəliləyişə nail olub.

"Sizinxeber.az" xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) MDB üzrə regional direktoru Nataliya Moçu "Onlayn Azərbaycan" layihəsinin hesabat tədbirində bildirib.

"2022-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində BMT-nin beynəlxalq tələblərinə uyğun məlumatların toplanması və ötürülməsi proseslərinin təkmilləşdirilməsi üzrə iş aparılıb. Ümid edirik ki, bu layihə sayəsində Azərbaycan daha keyfiyyətli məlumatlar təqdim edəcək", - o vurğulayıb.

Qonağın sözlərinə görə, gənclər internetin ən aktiv istifadəçiləridir. Hesablamalara görə, dünya üzrə 15-24 yaş arasında olan insanların 79 %-i internetdən istifadə edir. Bu isə əhalinin qalan hissəsindən 13 faiz bəndi çoxdur.

"Azərbaycanda bu göstəricilər daha yüksəkdir. İnternetdən istifadə edən gənclərin (15-24 yaş) payı 88,2 % təşkil edir, 25-74 yaş arası əhali arasında isə bu göstərici 91,2 %-ə çatır. Qlobal olaraq internetə çıxış ucuzlaşsa da, onun qiyməti hələ də çağırış olaraq qalır", - N.Moçu əlavə edib.

O, həmçinin qeyd edib ki, aşağı gəlirli ölkələrdə sabit genişzolaqlı rabitənin qiyməti orta aylıq gəlirin (33 %) təxminən üçdə birinə bərabərdir.

"Azərbaycanda isə əksinə, daha əlverişli göstəricilər müşahidə olunur. Mobil rabitənin minimum istehlak paketinin qiyməti adambaşına düşən ümumi milli gəlirin (ÜMG) 1,14 %-ni, sabit genişzolaqlı internetin qiyməti isə 1,34 %-ni təşkil edir. Müqayisə üçün, BMT-nin tövsiyə etdiyi hədd ÜMG-nin 2 %-dir. Biz görürük ki, Azərbaycanda bu göstəricilər xeyli aşağıdır və bu da interneti daha əlçatan edir", - ITU-nun regional direktoru vurğulayıb.

Oxşar xəbərlər

ITU: "Onlayn Azərbaycan" layihəsi rəqəmsallaşmanın dünya standartlarına uyğundur
Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının tarixi açıqlanıb
ITU Azərbaycanı "Partner to Connect" qlobal təşəbbüsünə qoşulmağa dəvət edir
Azərbaycanda genişzolaqlı internetin orta illik sürəti 1,4 dəfə artıb
Azərbaycanda "Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər