Bahar Muradova: Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir
sizinxeber.az xəbər saytı

Bahar Muradova: Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir


Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Yaşıl dünyada qadınların təhsili: dünəndən bu günə” mövzusunda konfransında çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda təhsil sahəsində qadınların iştirakı dünya ortalaması ilə müqayisədə irəlidədir: "Azərbaycan qadınları ibtidai, orta və ali təhsil sahəsinə yetərincə öz töhfəsini verir. Dünyada 90 faiz qadın ibtidai təhsil alıbsa, ölkəmizdə bu göstərici 98 faizdir. Rəqəmlər orta təhsil üçün dünyada 75 faiz, ölkəmizdə 90 faiz, ali təhsil üçün isə dünyada faiz nisbəti 54, Azərbaycanda 52-53 faizdir".

Oxşar xəbərlər

Bahar Muradova: Qadınların kişilərlə birgə seçkilərdə hüquqlarından istifadə etməsi üçün təbliğat aparırıq
Onların təhsil haqqını dövlət ödəyəcək
Məqsədimiz kimisə pis vəziyyətdə qoymaq deyil
Təhsil xərcləri artırılır
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 10 minə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər