İsveç səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
sizinxeber.az xəbər saytı

İsveç səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb


18 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının Azərbaycan Respublikasındakı səfiri Tobias Lorentzsonu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüş zamanı, Azərbaycan ilə İsveç arasında siyasi dialoq, iqtisadiyyat, ticarət, humanitar və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin və təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirib. O, səfir Tobias Lorentzsonun fəaliyyət müddəti ərzində Azərbaycan-İsveç əlaqələrinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə həmçinin regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, post-münaqişə dövründə bölgədə bərpa və yenidənqurma işləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Tobias Lorentzson ölkəmizdə fəaliyyəti dövründə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Oxşar xəbərlər

Niderland səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Misir səfirinin diplomatik fəaliyyəti başa çatıb
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması ilə bağlı Koreya səfirini qəbul edib
Ceyhun Bayramov Küveytin diplomatik fəaliyyəti başa çatan səfirini qəbul edib
Slovakiya səfirinin diplomatik fəaliyyəti başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər