Natalia Moçu: Azərbaycanda internet istifadəçiləri ilə bağlı müsbət göstəricilər var
sizinxeber.az xəbər saytı

Natalia Moçu: Azərbaycanda internet istifadəçiləri ilə bağlı müsbət göstəricilər var


"Dünyada qadınların 65%-i internet istifadəçisidir. Azərbaycanda isə bu göstərici daha çoxdur".

"APA-Economics” xəbər verir ki, bunu “”Onlayn Azərbaycan” Rəqəmsallaşmada yeni mərhələ” adlı tədbirdə İTU-nun Regional direktoru Natalia Moçu deyib.

O bildirib ki, Azərbaycanda kişilərin 92%-i, qadınların isə 85%-i internetdən istifadə edir:

“Şəhərlər və kəndlər arasında internet istifadəçilərinin sayına görə, fərqləri azaltmaq lazımdır. Ötən il beynəlxalq səviyyədə kənd əhalisinin yarısı internetdən istifdə edib. Azərbaycanda isə bu göstərici daha yüksəkdir. Ölkədə şəhər əhalisinin 94,5%-i, kənd əhalisinin isə 80%-i internetdən istifadə edib”.

“Dünyada 15-24 yaş aralığında olan insanların 79%-i intenetdən istifadə edir. Azərbaycanda isə bu istiqamətdə daha yaxşı göstəricilər var. Burada 15-24 yaş aralığında olanların 91,2%-i internetdən istifadə edir”, - deyə o əlavə edib.

Oxşar xəbərlər

“Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tariflərində danışıq dəqiqələri və internet təqdim ediləcək
2024-cü ildə internetdən istifadə edə bilməyəcəyik?
Azercell COP29 ərəfəsində “Turist” tariflərini yeniləyib
Yanmayan bonuslar “Nar”ın “Full” tariflərində
FHN-in Akademiyasının saytı istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər