Azərbaycanda mobil cihazların bazar payı 30 % azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda mobil cihazların bazar payı 30 % azalıb


Bu ilin may ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 54,22 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, aprel ayına nisbətən 0,05 faiz bəndi, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə 23,55 faiz bəndi azdır. Mobil cihazların bazar payı illik ifadədə 30 % azalıb.

Kompüterlərin bazar payı ay ərzində 0,17 faiz bəndi, illik müqayisədə isə 23,92 faiz bəndi artaraq 45,35 % olub.

Mayda planşetlərin bazar payı 0,43 % təşkil edib. Bu göstərici ay ərzində 0,12 faiz bəndi, bir il əvvələ nisbətən isə 0,33 faiz bəndi azalıb.

Oxşar xəbərlər

Azərbaycanın mobil cihaz bazarında “Samsung”un payı 10 % azalıb
“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı 5-ci aydır azalır
“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı 4-cü aydır azalır
Azərbaycanın mobil cihaz bazarında “Samsung”un payı azalmaqda davam edir
"Safari" bir ayda Azərbaycandakı bazar payının 20 %-ni itirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər