“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı 5-ci aydır azalır
sizinxeber.az xəbər saytı

“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı 5-ci aydır azalır


Bu ilin aprel ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 27,68 % təşkil edib.

“Sizinxeber.az”un “Statcounter” agentliyinin aprel hesabatına istinadən verdiyi məlumata görə, bu, mart ayına nisbətən 1,01 faiz bəndi azdır, bir il əvvəlki göstərici ilə müqayisədə 1,05 faiz bəndi çoxdur.

Beləliklə şirkətin bazar payı ardıcıl olaraq beşinci aydır azalır.

İkinci pillədəki “Xiaomi”nin bazar payı aylıq müqayisədə 0,47 faiz bəndi azalaraq və illik müqayisədə 1,15 faiz bəndi artaraq 23,29 % olub.

Növbəti sıradakı “Apple”ın bazar payı aylıq müqayisədə 0,24 faiz bəndi azalaraq, illik müqayisədə isə 2,75 faiz bəndi artaraq 18,85 % təşkil edib.

Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin payı aylıq müqayisədə 1,15 faiz bəndi artaraq, illik müqayisədə 7,99 faiz bəndi azalaraq 18,41 % olub.

İlk beşliyi 4,94 % bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,16 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 2,89 faiz bəndi artıb.

Oxşar xəbərlər

“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı 4-cü aydır azalır
Azərbaycanın mobil cihaz bazarında “Samsung”un payı azalmaqda davam edir
“Samsung” Azərbaycanın planşet bazarındakı payını itirir
Azərbaycanın mobil cihaz bazarında “Samsung”un payı 10 % azalıb
Azərbaycanda sosial şəbəkələrin bazar payı açıqlanıb - "Facebook" kəskin geriləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle