Fərid Əhmədov Zəngilanda vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Fərid Əhmədov Zəngilanda vətəndaşları qəbul edib


Ədliyyə naziri Fərid Əhmədov Zəngilan rayonunun Ağalı kəndində vətəndaşları qəbul edib.

Bu barədə "Sizinxeber.az"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Qəbulda Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib.

Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Oxşar xəbərlər

Fərid Əhmədov Şəmkirdə vətəndaşları qəbul edib
Fərid Əhmədov Ağsu şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri İmişlidə qəbul keçirib
Ədliyyə naziri Kürdəmirdə vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov Neftçalada vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər