BMT-də seçkini uduzan Almaniya – reanimasiyada olan AFR - ŞƏRH
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin seçkisində müəyyən mənada sensasiya baş verib. Bu dəfə Almaniyanın namizədliyi ilk dəfə olaraq keçməyib.
O, Qərbi Avropanın nümayəndəsi olaraq indiyə qədər altı dəfə bu quruma seçilib. İyunun 3-də keçirilən səsvermədə Portuqaliya 134, Avstriya 131, Almaniya isə 104 səs qazanıb. Üzv seçilmək üçün isə iştirakçıların 2/3 (127) səs verməli idi.
Bu niyə sensasiyalıdır? Çünki Almaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmağa iddialılardandır. O, özünü ABŞ-dən sonra təşkilatın əsas donoru sayır. Almaniyanın iddiasına əsasən, ölkə iqtisadiyyatının vəziyyəti, münaqişələrin həlli rolu və başqa üstünlükləri onun daimi üzv olmasına əsas verir.
Ancaq bu ölkəyə bir sıra qadağaların qoyulduğu dövr də yaddan çıxmayıb. İkinci dünya müharibəsinin nəticələrinə görə, qalib dövlətlər (SSRİ, ABŞ və Böyük Britaniya) Almaniyaya qarşı hərbi təchizatsızlaşdırma, suverenliyin tam itirilməsi, ərazi bölgüsü və genişmiqyaslı təzminatlar daxil olmaqla geniş məhdudiyyətlər tətbiq etdilər. "İki üstəgəl dörd" (bölünmüş Almaniya + SSRİ, ABŞ, Böyük Britaniya, Fransa ) prosesi zamanı hərbi və siyasi qadağaların bir hissəsi ləğv olundu. Dövlətçiliyindən məhrum edildi. Ölkəyə qanunvericiliklə ərazi genişlənməsi və ya digər ölkələrin birləşdirilməsi, nüvə, bioloji və kimyəvi silahın yaradılması, saxlanması və sınaqdan keçirilməsinə tam qadağa tətbiq olundu. Almaniyaya silahlı qüvvələrinin tətbiqi əvvəlcə yalnız müdafiə əməliyyatları və ya BMT-nin sanksiyası ilə aparılan əməliyyatlar çərçivəsində icazə verilirdi.
Təzminatlar sənaye avadanlığı, maddi dəyərlər, eləcə də hərbi əsirlərin əməyinin istifadəsi yolu ilə alınırdı. Təzminatlarla bağlı maliyyə öhdəlikləri üzrə son ödəniş Almaniya tərəfindən 2010-cu il oktyabrın 4 -də həyata keçirilib.
SSRİ dağılandan sonra Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biri olaraq münaqişə məsələlərinin heç birində əsas rola malik olmayıb. O bu kimi problemlərin həllində bir qayda olaraq ABŞ, ATƏT və Avropa İttifaqının kölgəsində gizlənib. Bununla da özünü tərəfsiz kimi göstərməyə səy edib.
İkinci dünya müharibəsinin dərslərindən nəticə çıxarmayan neonasistlər və onun tərəfdarları isə ölkədə artmaqdadır.
2013-cü ildə təsis edilən ultrasağçı Almaniya üçün Alternativ Partiyasının (almanca AfD) 2025-ci il fevralın 23-də keçirilən parlament seçkilərin nəticələrinə görə Bundestaqda 152 yer qazanması bunu isbatlayır.
Bu bir daha Almaniya dövlətində ciddi nüfuz problemi, diplomatiyanın qeyri effektivliyinin, ona hörmətin kəskin düşməsini göstərir. Aİ-nin vaxtı ilə lokomotivi sayılan dövlət TŞ-yə seçilə bilmir. Bu da Almaniyanın daxili və xarici siyasətini düzgün qura bilməməsi ilə bağlıdır. Daha çox da LGBT, insan haqları, mövzusunda fokuslanıb. Öz dövlətini gücləndirməkdənsə beynəlxalq arenada onlara nüfuz gətirməyən işlərlə məşğuldur.
Neonasist düşüncənin təbliği ölkə konstitusiyasına əsasən qadağan edilsə də, bu ideologiya yayılmaqdadır.
Odur ki, Almaniya İkinci dünya savaşından sonra bütövləşsə belə qlobal miqyasda aparıcı söz sahiblərindən biri ola bilməyib.
Rusiyanın Ukraynaya qarşı apardığı müharibə onun təcavüzkarla ticarət əlaqələrinin dayandırmaması rəsmi Berlinin strateji siyasətinin düzgün qurulmadığını göstərir. Buna örnək olaraq, AFR-in keçmiş kansleri Gerhard Şröderin iyunun əvvəlində Moskvaya səfər etməsini göstərmək olar.
Almaniya Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller bu günlərdə bildirib ki, ölkəsi bir neçə il SEFE ("Securing Energy for Europe GmbH") şirkəti vasitəsilə Rusiyadan qaz idxal etməyə məcbur olacaq: "Avropa Komissiyası planlaşdırır ki, Rusiya qazının idxalına dair mövcud uzunmüddətli müqavilələrin müddəti ən gec 2028-ci ilin əvvəlində başa çatacaq".
BMT TŞ-nin daimi olmayan üzvü seçilə bilməməsi bir daha Almaniya dövlətində ciddi nüfuz problemi, diplomatiyanın səmərəsizliyini göstərir. Aİ-nin vaxtı ilə lokomotivi sayılan, daimi üzvlük iddiası ilə çıxış edən bu dövlət TŞ-nin qeyri-daimi üzvü belə seçilə bilmir.
Bu, Almaniya hökumətinin daxili və xarici siyasətini düzgün qura bilməməsindən xəbər verir. Almaniyanın siyasi dairələri Kansler Fridrix Merts və XİN başçısı İohann Vadefulu tənqidi edərək, bu uğursuzluğun onların vicdanına yazıldığını bildiriblər.
Bu ölkənin "siyasi mühacirlərə" sığınacaq verməsi məsələsi də şübhəlidir. Bu ölkə vaxtı ilə terrorçu PKK qruplaşmasının üzvlərinə sığınacaq verib, onların yenidən Türkiyəyə qarşı fəaliyyət göstərməsinə göz yumurdu. PKK-çılar Almaniyada qeyr-hökumət təşkilatı adı altında antitürk fəaliyyətinin davam etdirirdi.
Təəssüf ki, Avropa İttifaqının aparıcı üzvü olmuş, keçmiş sovet məkanında bir vaxtlar milli azadlıq hərəkatlarını müdafiə etmiş Almaniya indi özünü Azərbaycandan olan "siyasi mühacirlərə" sığınacaqlar vermiş kimi göstərir. Halbuki həmin şəxslər faktiki olaraq Azərbaycan cəmiyyətinə hörmət etmədən küçə ifadələri ilə çıxış edir, "söyüş müxalifəti" olaraq tanınırlar. Almaniya hüquq-mühafizə orqanları öz siyasətçilərini az tənqid edən kontenti blokladığı qədər Azərbaycan rəhbərliyinə Almaniyadan bu mühacirlərin dilində səslənən təhqirləri bloklamır.
Bu, Almaniya hökumətinin azadlığa, söz azadlığına baxışının göstəricisidir.
BMT-də iyunun 3-də keçirilmiş məlum seçkinin nəticələri Almaniyada hökumətin beynəlxalq arenada nüfuzunun düşdüyündən də xəbər verir. Son sorğuların nəticəsinə əsasən, respondentlərin yalnız 16 faizi Kansler Fridrix Mertsin fəaliyyətində razı qaldığını bildirib. Eyni zamanda rəyi soruşulanların 83 faizi mövcud hökumətin fəaliyyətini bəyənmədiyini bildirib.
Bu sorğu "Infratest dimap" institutu tərəfindən iyunun 1 və 2 keçirilib, tədbirdə 1326 nəfər iştirak edib.
Son zamanlar Almaniyanın siyasi dairələri növbədənkənar parlament seçkilərinin keçirilməsini müzakirə edir. Bu da Almaniyada hökumət böhranının yaxınlaşdığını deməyə əsas verir. Halbuki ölkədə sonuncu parlament seçkiləri 2025-ci il fevralın 23-də keçirilib.
Qərbi Avropadan Portuqaliya və Avstriyanın qeyri-daimi üzv seçilməsi Almaniyanın Avropa İttifaqı daxilində də nüfuzunu müəyyənləşdirir. Əks halda Aİ-də onun namizədliyi üzv dövlətlər tərəfindən dəstəklənərdi.
Almaniyanın indiki vəziyyətini yerli mütəxəssislər belə qiymətləndirir: "Almaniyanın reanimasiyada olması bütün Avropa üçün təhlükədir. AFR bərpa olunmazsa, Avropa İttifaqı təhlükə ilə üzləşəcək".
Ona görə siyasi qüvvələr Avropa İttifaqının xilasını Almaniyanın ayaq üstə durmasında görürlər.
BMT-də keçirilən seçki Almaniya hökumətinin ölkə daxilində, Avropa İttifaqında və qlobal səviyyədə nüfuzdan düşdüyünü də təsdiqləyib.
Onun bu vəziyyəti Donald Trampın dediklərinə haqq qazandırır. O, AFR hökumətinin beynəlxalq məsələlərdə tutduğu mövqeyə görə hərbçilərinin sayını ixtisar edəcəyini vuğurlayıb. Kansler Fridrix Merts iyun ayında Avropa ölkələrinin liderlərini ABŞ Prezidenti ilə münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün toplayacaq.
Bu da Almaniyanın müttəfiqi ABŞ-nin yanında nüfuzdan düşdüyünə aid örnəkdir.
Dünyanın aparıcı dövlətləri sırasında olmaq iddiası ilə çıxış edən AFR-nin yenilənməsinə, reanimasiyadan çıxmasına, azadlıq məfhumuna yenidən baxmasına ehtiyacı var. BMT-də keçirilən bəhs etdiyimiz seçki isə deyəsən, daha çox Almaniyanın ifşası üçün imiş.
Oxşar xəbərlər
Latviya ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
Qırğızıstan və Almaniya tarixində ilk – BMT-də dünya hələ də beş böyüklüyündədir - ŞƏRH
Quterreş: Afrika ölkələri tezliklə BMT TŞ-nin daimi üzvü olacaqlar
Braziliya BMT TŞ-nin daimi üzvü olmaq istəyir
Afrika ölkələrinin BMT TŞ-də təmsil edilməsi təklifi irəli sürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
