“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı 4-cü aydır azalır
Bu ilin mart ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 28,69 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin mart hesabatına istinadən verdiyi məlumata görə, bu, fevral ayına nisbətən 0,32 faiz bəndi azdır, bir il əvvəlki göstərici ilə müqayisədə 0,45 faiz bəndi çoxdur. Beləliklə şirkətin bazar payı ardıcıl olaraq dördüncü aydır azalır.
İkinci pillədəki “Xiaomi”nin bazar payı aylıq müqayisədə 0,14 faiz bəndi və illik müqayisədə 1,6 faiz bəndi artaraq 23,76 % olub.
Növbəti sıradakı “Apple”ın bazar payı aylıq müqayisədə 0,40 faiz bəndi, illik müqayisədə isə 2,73 faiz bəndi artaraq 19,09 % təşkil edib.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin payı aylıq müqayisədə 0,12 faiz bəndi, illik müqayisədə 9,79 faiz bəndi azalaraq 17,26 % olub.
İlk beşliyi 5,1 % bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,03 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 3,3 faiz bəndi artıb.
Oxşar xəbərlər
Azərbaycanın mobil cihaz bazarında “Samsung”un payı azalmaqda davam edir
“Samsung” Azərbaycanın planşet bazarındakı payını itirir
Azərbaycanın mobil cihaz bazarında “Samsung”un payı 10 % azalıb
Azərbaycanda sosial şəbəkələrin bazar payı açıqlanıb - "Facebook" kəskin geriləyib
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
