Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
sizinxeber.az xəbər saytı

Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb


Andoni İraola İngiltərənin "Liverpul" klubunun baş məşqçisi vəzifəsində Arne Slotu əvəz edib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə klubun mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki açıqlamasında bildirilir.

"2026-27-ci illər mövsümündə klubun baş məşqçisi vəzifəsini icra etmək üçün Andoni İraola ilə razılaşmanı təsdiqləyə bilərik", - açıqlamada deyilir.

"Sky Sports"un məlumatına görə, təyinat ispaniyalı mütəxəssisin ötən mövsüm "Bornmut"u tarixində Premyer Liqada ən yaxşı nəticəsini əldə etməsindən sonra baş tutub.

Xatırladaq ki, Arne Slot mayın 30-da "Liverpul" rəhbərliyi tərəfindən vəzifəsindən çıxarılıb. O, iki il əvvəl Yurgen Kloppun yerinə keçib və "qırmızılar"ı ilk mövsümündə Premyer Liqa tituluna aparıb.

Lakin "Liverpul"un ikinci mövsümdə heyətə böyük investisiya qoymasına baxmayaraq, komandanın Slotun rəhbərliyi altında zəif oyun göstərməsi Mersisayd klubunu sükan arxasında dəyişikliyə vadar edib.

Oxşar xəbərlər

"Bornmut"un baş məşqçisi Andoni İraola klubdan ayrılmağı planlaşdırır
"Liverpul"un baş məşqçisi klubun tarixinə düşüb
"Liverpul"un baş məşqçisi Premyer Liqada noyabrın ən yaxşısı seçilib
"Liverpul" 2014/2015 mövsümündən sonra məğlubiyyət sayında ən pis göstəricisinə imza atıb
İngiltərə Premyer Liqası: bu gün “Liverpul” 20-ci çempionluğunu elan edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər