Bakıda Ümumdünya Ətraf Mühit Günü çərçivəsində metan emissiyalarına həsr olunmuş yan tədbir keçirilib
sizinxeber.az xəbər saytı

Bakıda Ümumdünya Ətraf Mühit Günü çərçivəsində metan emissiyalarına həsr olunmuş yan tədbir keçirilib


Bakıda Ümumdünya Ətraf Mühit Günü (WED) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) birgə təşkilatçılığı ilə "Metanın azaldılması üzrə birgə fəaliyyət: kənd təsərrüfatı, enerji və tullantılar üzrə həllər" mövzusunda yan tədbir keçirilib.

"Report" xəbər verir ki, UNEP-in icraçı direktoru İnger Anderson çıxışında qlobal istiləşmənin təxminən üçdə birinə səbəb olan metan emissiyalarının azaldılması istiqamətində təcili və paralel tədbirlərə ehtiyac olduğunu bildirib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin nəticələri intensivləşir:

"Qlobal temperatur artımı yaxın gələcəkdə böyük ehtimalla 1,5 dərəcə həddini aşacaq. Bu isə Paris İqlim Sazişi çərçivəsində müəyyən etdiyimiz çoxillik limitdir. Eyni zamanda anlayırıq ki, əsrin sonuna qədər yenidən bu həddin altına qayıtmaq üçün daha da çox çalışmalıyıq. Ona görə də dekarbonizasiya, yəni iqtisadiyyatın karbon emissiyalarından təmizlənməsi son dərəcə vacibdir".

Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov deyib ki, ölkəsi metan qazının azaldılmasını priotet sayır:

"Serbiya hökuməti mitiqasiya tədbirləri ilə yanaşı, qlobal metan hədəflərini əsas götürür. Bərpaolunmaz enerji ilə bağlı tədbirlər davam etdirilir. Serbiya tullantıların idarəplunması sistemini gücləndirirək Avropa İttifaqı standartlarına çatdırmağa çalışır".

Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə vurğulayıb ki, metan qazının azaldılması qlobal istiləşmənin qarşısını almaq üçün önəmli addımdır:

"Məhz buna görə də metan emissiyalarının azaldılması bütün dünyada qlobal istiləşməni ləngitmək və qısa müddətdə iqlim sahəsində nəticələr əldə etmək üçün ən sürətli və ən effektiv vasitələrdən biri hesab olunur. Metan emissiyaları əsasən kənd təsərrüfatı, tullantıların idarə olunması və enerji sektorundan qaynaqlanır. Bu emissiyaların azaldılması innovasiyalar, investisiyalar, beynəlxalq əməkdaşlıq və güclü milli öhdəliklər tələb edir. Azərbaycan üçün metan emissiyalarının azaldılması həm ekoloji prioritet, həm də mühüm inkişaf fürsətidir. Enerji sektorunda uzun illərə söykənən təcrübəyə malik ölkə kimi Azərbaycan yaxşı anlayır ki, enerji inkişafı ilə ətraf mühitin qorunması paralel şəkildə həyata keçirilməlidir".

Oxşar xəbərlər

Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
UNEP-in icraçı direktoru Azərbaycanın iqlim sahəsindəki töhfələrini yüksək qiymətləndirib
Serbiya gələn il Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
Ümumdünya Ətraf Mühit Günü ilə bağlı silsilə tədbirlər keçiriləcək
Bakıda Ümumdünya Ətraf Mühit Günü çərçivəsində açıq hava sərgisi keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər