Azərbaycanın mobil cihaz bazarında “Samsung”un payı azalmaqda davam edir
Bu ilin yanvar ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 29,38 % təşkil edib.
“Sizinxeber.az”un “Statcounter” agentliyinin yanvar hesabatına istinadən verdiyi məlumata görə, bu, əvvəlki aya nisbətən 1,4 faiz bəndi azdır, bir il əvvəlki göstərici ilə müqayisədə 2,27 faiz bəndi çoxdur. Beləliklə şirkətin bazar payı ardıcıl olaraq ikinci aydır azalır.
İkinci pillədəki “Xiaomi”nin bazar payı aylıq 1,33 faiz bəndi azalaraq və illik müqayisədə 3,73 faiz bəndi artaraq 24,41 % olub.
Növbəti sıradakı “Apple”ın bazar payı yanvarda aylıq 0,72 faiz bəndi, illik müqayisədə isə 10,97 faiz bəndi artaraq 18,86 % təşkil edib.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin payı aylıq 2,27 faiz bəndi artaraq, illik müqayisədə 10,97 faiz bəndi azalaraq 16,09 % olub.
İlk beşliyi 5,04 % bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,19 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 3,45 faiz bəndi artıb.
Oxşar xəbərlər
Azərbaycanın mobil cihaz bazarında “Samsung”un payı 10 % azalıb
Azərbaycanda sosial şəbəkələrin bazar payı açıqlanıb - "Facebook" kəskin geriləyib
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Ölkənin audit bazarı 20 % böyüyüb
Azərbaycanda istehlak kreditlərinin orta illik faiz dərəcəsi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












