Azərbaycanın mobil cihaz bazarında “Samsung”un payı 10 % azalıb
Ötən ilin dekabr ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 30,78 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin dekabr hesabatına istinadən verdiyi məlumata görə, bu, noyabr ayına nisbətən 3,39 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 0,38 faiz bəndi azdır. Beləliklə də şirkət dekabr ayında bazar payının 10 %-ni itirib.
İkinci pillədəki “Xiaomi”nin bazar payı 2024-cü ilin noyabr ayı ilə müqayisədə 2,07 faiz bəndi azalaraq və 2023-cü ilin dekabr ayına nisbətən 2,4 faiz bəndi artaraq 25,74 % olub.
Növbəti sıradakı “Apple”ın bazar payı dekabrda aylıq 1,33 faiz bəndi, illik müqayisədə isə 2,31 faiz bəndi artaraq 18,14 % təşkil edib.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin payı ötən ilin noyabr ayına nisbətən 5,02 faiz bəndi artaraq, 2023-cü ilin dekabr ayı ilə müqayisədə 9,33 faiz bəndi azalaraq 13,82 % olub.
İlk beşliyi 4,85 % bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,26 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 3,1 faiz bəndi artıb.
Oxşar xəbərlər
Azərbaycanda sosial şəbəkələrin bazar payı açıqlanıb - "Facebook" kəskin geriləyib
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Ölkənin audit bazarı 20 % böyüyüb
Azərbaycanda istehlak kreditlərinin orta illik faiz dərəcəsi açıqlanıb
Azərbaycan əhalisinin borclanma səviyyəsi 4 faiz bəndi artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













