Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunda bərpa-möhkəmləndirmə işləri aparılır
sizinxeber.az xəbər saytı

Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunda bərpa-möhkəmləndirmə işləri aparılır


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin sərəncamına uyğun olaraq, intensiv yağıntılar nəticəsində fəsadların yarandığı Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlayıb.

"Sizinxeber.az" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, hazırda ərazidə yaranmış problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı qüvvə, xüsusi texnika və mexanizmlər cəlb olunub.

Görülən işlər çərçivəsində deformasiyaya uğramış hissələrin bərpası, torpaq kütlələrinin təmizlənməsi, yol yatağının genişləndirilməsi, həmçinin xüsusi svayların vurulması ilə yol yatağının möhkəmləndirilməsi və dayanıqlığının artırılması istiqamətində tədbirlər görülür.

Bununla yanaşı, sel sularının zədələdiyi suötürücü qurğuların və metal konstruksiyalı körpünün bərpası istiqamətində də müvafiq işlər aparılır. Yağıntılı hava şəraitinin yarada biləcəyi risklərin minimuma endirilməsi məqsədilə əlavə qabaqlayıcı tədbirlər də həyata keçirilir.

Görülən işlərin əsas məqsədi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək və bölgədə nəqliyyat əlaqəsinin tam bərpasına nail olmaqdır.

Oxşar xəbərlər

Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb
Ödənişli avtomobil yolunda sel sularının yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO
AAYDA: Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
AAYDA: Selin ziyanlarının aradan qaldırılması istiqamətində işlər gücləndirilmiş rejimdə davam etdirilir
Muğanlı–İsmayıllı avtomobil yolunun bir hissəsi təmir olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər