Kiprin XİN başçısı Mərkəzi Asiya ölkələri üzrə turneyə başlayıb
sizinxeber.az xəbər saytı

Kiprin XİN başçısı Mərkəzi Asiya ölkələri üzrə turneyə başlayıb


Kiprin xarici işlər naziri Konstantinos Kombos Mərkəzi Asiya ölkələri üzrə turne həyata keçirir.

"Sizinxeber.az" Kiprin Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, Kombos respublika Prezidenti Nikos Xristodulidisin rəsmi səfərinin başa çatması çərçivəsində bu gün Qazaxıstandan Tacikistana gedir.

İyunun 4-də turnenin ilk dayanacağı Tacikistan olacaq. Danışıqlar zamanı əsas diqqət ikitərəfli münasibətlərin nəzərdən keçirilməsinə və daha da möhkəmləndirilməsinə, eləcə də Kiprin Avropa İttifaqı Şurasına qarşıdan gələn sədrliyi ilə bağlı məsələlərə yönəldiləcək.

İyunun 6-da nazir Özbəkistana səfər edəcək. Səfərin məqsədi ikitərəfli münasibətlərdə müsbət dinamikanın qorunub saxlanması, siyasi məsləhətləşmələrin dərinləşdirilməsi və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair perspektivlərin öyrənilməsidir.

İyunun 8-də K.Kombos Qırğızıstana səfər edəcək. Əsas diqqət Kipr-Qırğızıstan münasibətlərinin gələcək inkişafına, siyasi və diplomatik əlaqələrin fəallaşdırılmasına və s. yönəldiləcək.

Oxşar xəbərlər

Mirzoyan və Kombos Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair sazişləri müzakirə edib
Kiprin XİN başçısı: Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırıq
Ceyhun Bayramov Kiprin xarici işlər naziri ilə görüşüb
Azərbaycan və Kipr XİN başçıları arasında telefon danışığı olub
Yaponiya Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər