Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
sizinxeber.az xəbər saytı

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq


Naxçıvan şəhərində iyunun 5-də "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, bununla əlaqədar olaraq 110/35/10 kV-luq Naxçıvan yarımstansiyasından qidalanan 10 kV-luq 5 və 18 nömrəli hava elektrik xətlərində enerji verilişi müvəqqəti dayandırılacaq.

Təmir işlərinin məqsədi yenidənqurma çərçivəsində mövcud yerüstü elektrik xətlərinin yeraltı kabel xətləri ilə əvəz edilməsi, həmçinin yaşayış evlərinin yaxınlığından keçən və mühafizə zonasına düşən xətlərin təhlükəsizliyinin təmin olunmasıdır.

Bu səbəbdən iyunun 5-də saat 13:00-dan 15:00-dək Heydər Əliyev prospekti, Vüqar Qasımov və Afiyyəddin Cəlilov küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığının artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Naxçıvanın bəzi ərazilərində işıq kəsiləcək
Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq
Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisi kəsiləcək
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər