"Safari" bir ayda Azərbaycandakı bazar payının 20 %-ni itirib
Bu ilin may ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihaz, planşet) "Chrome" brauzerinin bazar payı 81,04 % təşkil edib.
"Sizinxeber.az"un "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, aprel ayına nisbətən 1,53 faiz bəndi çoxdur, 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə isə 1,4 faiz bəndi azdır.
İkinci pillədəki "Safari"nin bazar payı aylıq 1,99 faiz bəndi və ya 20 % azalaraq, il ərzində isə 0,06 faiz bəndi artaraq 8,25 % olub.
Növbəti yerdə qərarlaşan "Samsung Internet"in bazar payı aylıq 0,5 faiz bəndi, il ərzində isə 0,46 faiz bəndi artaraq 3,4 % təşkil edib.
Dördüncü yerdəki "Firefox"un bazar payı ay ərzində 2,01 faiz bəndi, illik müqayisədə isə 1,99 faiz bəndi artaraq 2,59 % təşkil edib.
İlk beşliyi qapadan "Opera"nın bazar payı aylıq 0,43 faiz bəndi, il ərzində isə 0,15 faiz bəndi azalaraq 1,83 % olub.
Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:
Kompüterlərdə:
"Chrome" – 86,08 % (aylıq 1,34 faiz bəndi az və illik 6,37 faiz bəndi çox);
"Firefox" – 4,76 % (aylıq 3,8 faiz bəndi və illik 2,52 faiz bəndi çox);
"Edge" – 3,1 % (aylıq 0,88 faiz bəndi və illik 3,28 faiz bəndi az);
"Opera" – 2,18 % (aylıq 0,33 faiz bəndi və illik 2,47 faiz bəndi az);
"Safari" – 0,87 % (aylıq 0,51 faiz bəndi və illik 1,61 faiz bəndi az);
Mobil cihazlarda:
"Chrome" – 76,87 % (aylıq 3,91 faiz bəndi çox və illik 6,58 faiz bəndi az);
"Safari" – 14,43 % (aylıq 3,18 faiz bəndi az və illik 4,69 faiz bəndi çox);
"Samsung Internet" – 4,8 % (aylıq 0,57 faiz bəndi və illik 1,02 faiz bəndi çox);
"Opera" – 1,54 % (aylıq 0,52 faiz bəndi az və illik 0,28 faiz bəndi çox);
"Yandex Browser" – 0,95 % (aylıq 1,02 faiz bəndi və illik 0,23 faiz bəndi çox);
Planşetlərdə:
"Chrome" – 78,5 % (aylıq 2,22 faiz bəndi və illik 20,78 faiz bəndi çox);
"Safari" – 8,53 % (aylıq 2,73 faiz bəndi və illik 2,81 faiz bəndi az);
"Android" – 5,37 % (aylıq 0,1 faiz bəndi çox və illik 23,94 faiz bəndi az);
"Opera" – 1,23 % (aylıq 0,13 faiz bəndi az və 0,7 faiz bəndi çox);
"Yandex Browser" – 0,89 % (aylıq 1,81 faiz bəndi az və illik 0,14 faiz bəndi çox);
Oxşar xəbərlər
"ChatGPT" son bir ildə Azərbaycandakı bazar payının 16 %-ni itirib
“Samsung” Azərbaycanın planşet bazarındakı payını itirir
"Facebook" son 3 ayda Azərbaycandakı bazar payının 45 %-ni itirib
“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı 5-ci aydır azalır
“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı 4-cü aydır azalır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq səviyyədə qəbul olunur: Fransanın narahatlığı artır - TƏHLİL
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
