"Azəristiliktəchizat"da növbəti mövsümə hazırlıq müzakirə olunub
"Azəristiliktəchizat" ASC-də növbəti payız-qış mövsümünə hazırlıq işlərinin icra vəziyyətinə dair regionlarda fəaliyyət göstərən istilik sistemləri istismar sahələrinin hesabatları dinlənilib
"Sizinxeber.az" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, "Azəristiliktəchizat"ın sədri İlham Mirzəliyev təsdiq edilmiş tədbirlər planının vaxtında və yüksək keyfiyyətlə icra edilməsinin zəruriliyini qeyd edərək, qarşıya qoyulmuş vəzifələrin müəyyən olunmuş qrafikə uyğun yerinə yetirilməsinin növbəti payız-qış mövsümündə istehlakçıların dayanıqlı və fasiləsiz istilik təchizatı ilə təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
O, regionlarda fəaliyyət göstərən istilik sistemləri istismar sahələrinin rəhbərlərinə təmir-bərpa və profilaktik tədbirlərin icrasına ciddi nəzarət etməyi, mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılmasını və hazırlıq işlərinin müəyyən edilmiş müddətlərdə başa çatdırılmasına dair müvafiq tapşırıqlar verib.
Müşavirədə son vaxtlar istilik təchizatı sahəsində normativ hüquqi bazanın yardılması və təkmilləşdirilməsi ilə bağlı qəbul edilən qərarlar haqqında məlumat verilmiş, "İstilik təchizatı haqqında" Qanunun, "İstilik enerjisindən istifadə Qaydaları"nın, "İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər"in, "Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar"ın və "İstilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları"nın təsdiq edilməsinin əhəmiyyəti qeyd edilib.
Ümumilikdə regionlarda istilik sistemləri istismar sahələrinin fəaliyyəti məqbul qiymətləndirilib, bununla bərabər Bərdə, Mingəçevir, Ağcabədi və Tərtər istilik sistemləri istismar sahələrinin rəhbərlərinə rəhbərlik etdikləri sahənin fəaliyyətində ciddi dönüş yaradılması və verilən tapşırıqların icrasının təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib.
Oxşar xəbərlər
"Azəristiliktəchizat" bu il 4-5 qazanxanasını modernləşdirəcək
Bakıdakı binaların istilik sistemləri sınaq yoxlanışından keçiriləcək
“Azəristiliktəchizat”: "Bakıda “Xruşovka” tipli binalarda istilik sisteminin bərpası texniki cəhətdən çətindir"
MM “İstilik təchizatı haqqında” qanun layihəsini I oxunuşda müzakirə edir
"Azəristiliktəchizat"a yeni səlahiyyət verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
-
Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə ediblər
