ABŞ haitilı 240 miqrantı daşıyan qayığı saxlayıb
sizinxeber.az xəbər saytı

ABŞ haitilı 240 miqrantı daşıyan qayığı saxlayıb


ABŞ-nin aidiyyəti qurumları Haitidən gəldiyi və 240 qanunsuz miqrantı daşıdığı güman edilən qayığı saxlayıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə ABŞ-nin Gömrük və Sərhəd Nəzarəti Xidmətinin rəhbəri Rodni Skott bildirib.

Onun sözlərinə görə, gəmi hava müşahidəsi zamanı aşkarlanıb. Gəmidəki miqrantlar dəniz yolu ilə ABŞ-yə qanunsuz keçməyə çalışıblar.

R.Skott qeyd edib ki, həddindən artıq dolu qayıq suya qərq olub və batmaq təhlükəsi ilə üzləşib. O, qanunsuz miqrasiya cəhdlərinin son dərəcə təhlükəli olduğunu və ölkəyə uğurlu girişi təmin etmədiyini vurğulayıb.

Oxşar xəbərlər

Türkiyə sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb
Mərakeş donanması 68 qanunsuz miqrantı daşıyan gəmini saxlayıb
Seneqal sahillərində miqrant qayığı qəzaya uğrayıb, onlarla insan ölüb
İzmirdə 50 qanunsuz miqrant saxlanılıb
İtaliya sahilində qanunsuz miqrantların qayığı batıb, 20-dən çox insan itkin düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər