Adil Kərimli: Azərbaycan mədəniyyəti Türkmənistanda əhatəli şəkildə nümayiş etdiriləcək
Azərbaycanla Türkmənistan arasında münasibətlər bütün sahələrdə olduğu kimi, mədəniyyət istiqamətində də uğurla inkişaf edir.
"Sizinxeber.az"un Türkmənistana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində təşkil olunan "Azərbaycan milli irsinin inciləri" adlı sərginin açılışında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, üç gün ərzində davam edəcək mədəniyyət günləri çərçivəsində Azərbaycan mədəniyyəti mümkün qədər əhatəli şəkildə təqdim olunacaq:
"Proqram çərçivəsində möhtəşəm konsertlər, sərgilər, eləcə də Azərbaycan ədəbiyyatına həsr olunmuş müzakirə və konfranslar təşkil olunub. Məqsədimiz zəngin mədəni irsimizin ən dəyərli nümunələrini türkmən qardaşlarımıza təqdim etməkdir".
Adil Kərimli Azərbaycan Mədəniyyəti Günlərinin uzun fasilədən sonra yenidən təşkil olunduğunu və tədbirlərin ilk dəfə olaraq Türkmənistanın iki şəhərində – Aşqabad və Arkadağda keçirildiyini vurğulayıb.
İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu deyən nazir mədəniyyər sahəsində də əməkdaşlığın dinamik şəkildə genişləndiyinu və yeni layihələrlə zənginləşdiyini bildirib.
Oxşar xəbərlər
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
Adil Kərimli: Azərbaycanla Qırğızıstanın dinamik inkişaf edən münasibətləri tarixi köklərə əsaslanır
Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı münasibətilə qala konsert keçirilib
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
Türkmənistanda Azərbaycan Milli İncəsənət və Milli Xalça muzeylərinin xüsusi sərgisi nümayiş olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
-
Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə ediblər
