Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) keçirilən əməliyyat nəticəsində saxlanılan rayonun icra başçısının sabiq müavini Nadir Muradovun və digər sabiq vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Sizinxeber.Az "Report"a istinadən xəbər verir ki, bu gün Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə ittiham aktı elan olunub.
Növbəti iclas iyunun 12-nə təyin edilib.
Qeyd edək ki, onlar 2025-ci ilin noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ RİH-də keçirdiyi əməliyyat nəticəsində həbs olunub.
Baş Prokurorluğun məlumatına görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə Qaradağ RİH başçısının sabiq müavini Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə icra başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin RİH-in əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilmişdi.
Xatırladaq ki, sonradan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov barəsində olan həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərarı Bakı Apellyasiya Məhkəməsi ləğv edib. Yeni qərara əsasən, o, həbsdən azad edilib və cinayət işi ibtidai istintaqa qaytarılıb. Sonradan Zülfüqar Mansurov barəsində polisin nəzarətini vermə qətimkan tədbiri seçilib və cinayət işi də baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Qaradağ RİH-in rüşvətdə təqsirləndirilən sabiq vəzifəlilərinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb
Məhkəmə Kürdəmirin sabiq icra başçısının müavini və sabiq şöbə müdiri ilə bağlı qərar qəbul edib
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub
İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Bu gün geomaqnit qasırğası olacaq
-
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
-
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
