"Facebook" son 3 ayda Azərbaycandakı bazar payının 45 %-ni itirib
Bu ilin may ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "YouTube"un bazar payı 33,52 % təşkil edib.
"Sizinxeber.az"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, aprel ayına nisbətən 6,25 faiz bəndi çoxdur, 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 3,57 faiz bəndi azdır.
İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 8,34 faiz bəndi azalaraq, il ərzində isə 5,3 faiz bəndi artaraq 20,49 % təşkil edib. Beləliklə onun payı təkcə son 3 ayda 45 % azalıb.
Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 0,22 faiz bəndi artaraq, illik isə 5,68 faiz bəndi azalaraq 18,49 % təşkil edib.
Dördüncü pillədəki "X"ın bazar payı aylıq 1,67 faiz bəndi, illik müqayisədə isə 0,96 faiz bəndi artaraq 8,29 % təşkil edib.
İlk beşliyi 7,97 %-lik bazar payı ilə "Pinterest" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 2,46 faiz bəndi, illik müqayisədə isə 2,93 faiz bəndi azalıb.
Oxşar xəbərlər
"ChatGPT" son bir ildə Azərbaycandakı bazar payının 16 %-ni itirib
“Samsung” Azərbaycanın planşet bazarındakı payını itirir
“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı 5-ci aydır azalır
“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı 4-cü aydır azalır
Azərbaycanın mobil cihaz bazarında “Samsung”un payı azalmaqda davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
-
AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırılması ilə bağlı daha bir açıqlama yayıb
