Milli Observatoriya imtahandan azad olunan şəxslərin kateqoriyalarını elan edib
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzi tərəfindən təşkil edilən imtahan prosesindən hansı namizədlərin azad olunduğu açıqlanıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mətbuat katibi Fidan Seyidşahqızı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin şəxslər sənəd qəbulu zamanı imtiyazlarını təsdiq edən sənədləri sistemə yükləməlidirlər:
"Bunlara elmlər doktoru elmi dərəcəsinə malik şəxslər, azı 5 il dövlət qulluğu stajı olan dövlət qulluqçuları, peşəkar mühasib və tibbi sertifikata sahib şəxslər, yüksəliş müsabiqəsinin finalçıları, həmçinin "Gənc Dost" könüllü proqramını A sertifikatı ilə başa vuran könüllülər daxildir".
F.Seyidşahqızı vurğulayıb ki, imtahan 100 dəqiqə davam edir:
"Sualların ən azı 70 faizini düzgün cavablandıran namizədlər müvəffəqiyyətli hesab olunaraq ikinci mərhələyə – müsahibəyə buraxılırlar".
Mətbuat katibi onu da qeyd edib ki, müsahibə mərhələsi əvvəlcədən elan olunmuş proqram əsasında keçirilir və bu zaman namizədlərin bilik səviyyəsi, peşəkar bacarıqları, eləcə də vəzifəyə uyğunluğu qiymətləndirilir.
Oxşar xəbərlər
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya auditor seçib
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya mediatur təşkil olunub
Son beş ayda Milli Observatoriyanın təlim proqramlarında 2700 nəfər iştirak edib
72 məhkəmədə 286 vakant yer üçün müsahibə elan edilib
Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq səviyyədə qəbul olunur: Fransanın narahatlığı artır - TƏHLİL
-
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır
