BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
BMT İsrail Müdafiə Ordusunun (IDF) "Hizbullah" qruplaşmasına qarşı əməliyyatı çərçivəsində hərbi əməliyyatların aparıldığı Livan üçün tələb olunan humanitar yardımın həcmini iki dəfədən çox artırıb.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə "The Times of Israel" qəzeti BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinə (OCHA) istinadən xəbər verir.
Təşkilatın hesablamalarına görə, yaxın altı ay ərzində ölkəyə təxminən 640 milyon dollar lazım olacaq.
"Livandakı humanitar böhran dərinləşməkdə davam edir", – məlumatda qeyd olunub.
Sənədə əsasən, əhalinin təkrar köçürülməsi, sığınacaqların çatışmazlığı və evlərə təhlükəsiz qayıdış imkanlarının məhdudluğu əhalinin həssaslığını artırır. BMT xəbərdarlıq edir ki, zərərçəkənlərin böhranla mübarizə imkanları sürətlə tükənir, əsas xidmətlərin yükü isə artmağa davam edir.
Martda BMT Livan hökumətinin genişmiqyaslı fövqəladə əməliyyatının dəstəklənməsi üçün mayın sonunadək 308 milyon dollar tələb etmişdi. Təşkilat avqustun sonunadək əlavə daha 331 milyon dollara ehtiyacın olacağını bildirib.
OCHA-nın məlumatına görə, ilkin tələb olunan məbləğdən cəmi 185 milyon dollar daxil olub. Bu vəsait 2 mart – 31 may tarixlərində təxminən 680 min nəfərə yardım göstərməyə imkan verib.
İndi məqsəd Livanda humanitar yardıma ehtiyacı olan 1,4 milyon sakini əhatə etməkdir ki, bu da ölkə əhalisinin təxminən dörddə birini təşkil edir.
Oxşar xəbərlər
Paris konfransı Livana humanitar və hərbi yardım üçün 1 milyard dollar toplayıb
ABŞ Dövlət Departamenti Livana növbəti humanitar yardımın göndərilməsini təsdiqləyib
İsrail Qəzzaya humanitar yardımın hava yolu ilə çatdırılmasını bərpa edəcək
BMT: İsrailin əməliyyatının başlanğıcından Livanı təxminən 470 min insan tərk edib
BMT 2025-ci ildə uşaqlar üçün təxminən 10 milyard dollar humanitar yardım istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə ediblər
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
