Rumıniya Prezidenti: Qalaça düşən PUA Ukrayna HHM-i səbəbindən istiqamətini dəyişmiş ola bilər
sizinxeber.az xəbər saytı

Rumıniya Prezidenti: Qalaça düşən PUA Ukrayna HHM-i səbəbindən istiqamətini dəyişmiş ola bilər


Rumıniyanın Qalaç şəhərinə düşən pilotsuz uçuş aparatı Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin fəaliyyəti nəticəsində trayektoriyasını dəyişərək ölkə ərazisinə düşmüş ola bilər.

"Hotnews.ro” xəbər verir ki, bunu Rumıniya Prezidenti Nikuşor Dan Qalaç şəhərinə səfəri zamanı verib.

“PUA Ukrayna HHM qüvvələrinin təsiri nəticəsində uçuş trayektoriyasını dəyişərək Rumıniya ərazisinə düşmüş ola bilər”, - ölkə başçısı qeyd edib.

Qeyd edək ki, dünən Rumıniyanın şərqində yerləşən Qalaç şəhərində pilotsuz uçuş aparatı çoxmərtəbəli yaşayış binasına çırpılıb. Nəticədə partlayış baş verib və mənzillərdən birində yanğın yaranıb, iki nəfər xəsarət alıb.

Oxşar xəbərlər

Rusiya səfiri Rumıniya XİN-ə çağırılıb
Putin Rumıniyada baş vermiş hadisənin Ukraynaya məxsus PUA ilə əlaqəli olduğunu istisna etməyib
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiyanın Rumıniyadakı konsulu "arzuolunmaz şəxs" elan edilib, konsulluq bağlanacaq
Rumıniyada PUA qalıqları evi və elektrik xəttini zədələyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər