Fransada baş verən iğtişaşlarda 780 nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Fransada baş verən iğtişaşlarda 780 nəfər saxlanılıb


Parisdə dünən PSJ-nin UEFA Çempionlar Liqasının (ÇL) finalında "Arsenal" üzərində qələbəsindən sonra başlayan və bu gün də davam edən iğtişaşlar zamanı 780 nəfər saxlanılıb, bir nəfər həlak olub, bir neçə nəfər xəsarət alıb.

"Report" "Le Monde"a istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nunyes bildirib.

"Bir nəfər Paris dairəvi avtomobil yolunda motosiklet qəzasında həlak olub", - məlumatda dəqiqləşdirilib.

Nazirin sözlərinə görə, iğtişaşlar ölkənin təxminən 15 şəhərini əhatə edib, saxlanılanlardan 457 futbol azarkeşi və xuliqan həbs olunub. Toqquşmalar zamanı polislər də daxil olmaqla, 219 nəfər yaralanıb.

Bu gün Fransa paytaxtında PSJ-in qələbəsinin qeyd edilməsi zamanı asayişin təmin edilməsi üçün təxminən 6 min polis və jandarm yerləşdirilib.

Komandanın şənbə günü London "Arsenal"ına qarşı matçın keçirildiyi Budapeştdən Parisə gəlişi Bakı vaxtı ilə saat 17:00-da gözlənilir, bundan sonra Mars Meydanında azarkeşlərin komanda ilə birlikdə təntənəli yürüşü keçiriləcək. Eyfel qülləsinin ətrafına təxminən 100 min nəfərin toplaşacağı proqnozlaşdırılır. Daha sonra futbol klubunu ölkə Prezidenti Emmanuel Makron qəbul edəcək.

Təntənələr axşam PSJ-nin ev oyunlarının keçirildiyi "Park de Prens" stadionunda başa çatacaq, burada komandanın ÇL kubokununun azarkeşlərə təqdimatı keçiriləcək.

Oxşar xəbərlər

Luandada iğtişaşlar zamanı 22 nəfər həlak olub
Parisdə PSJ-nin qələbəsindən sonrakı iğtişaşlar zamanı dörd nəfər yaralanıb - YENİLƏNİB
Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatıb - YENİLƏNİB
Serbiyada iğtişaşlar zamanı 42 polis əməkdaşı xəsarət alıb
Venesuelada baş verən iğtişaşlar zamanı 25 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər