“Samsung” Azərbaycanın planşet bazarındakı payını itirir
Bu ilin fevral ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 73,79 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin fevral hesabatına istinadən verdiyi məlumata görə, bu, yanvar ayına nisbətən 2,69 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə isə 22,49 faiz bəndi çoxdur. Beləliklə şirkətin bazar payı ardıcıl olaraq ikinci aydır azalır.
İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq 1,69 faiz bəndi artaraq, illik isə 21,37 faiz bəndi azalaraq 11,73 % təşkil edib.
Üçüncü pillədəki “Xiaomi”nin bazar payı aylıq 0,1 faiz bəndi artaraq, illik isə 1,83 faiz bəndi azalaraq 5,49 % olub.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 1,39 faiz bəndi, illik isə 0,35 faiz bəndi artaraq 4,7 % təşkil edib.
İlk beşliyi 2,9 %-lik bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,56 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,62 faiz bəndi artıb.
Oxşar xəbərlər
Azərbaycanın mobil cihaz bazarında “Samsung”un payı azalmaqda davam edir
Azərbaycanın mobil cihaz bazarında “Samsung”un payı 10 % azalıb
Azərbaycanda sosial şəbəkələrin bazar payı açıqlanıb - "Facebook" kəskin geriləyib
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Azərbaycanda istehlak kreditlərinin orta illik faiz dərəcəsi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
