İqtisadiyyat Nazirliyinin xidmətlərinə I rübdə 6,5 milyondan artıq müraciət olub
sizinxeber.az xəbər saytı

İqtisadiyyat Nazirliyinin xidmətlərinə I rübdə 6,5 milyondan artıq müraciət olub


Bu ilin yanvar–mart aylarında İqtisadiyyat Nazirliyinin göstərdiyi xidmətlərə 6,5 milyondan artıq müraciət qeydə alınıb.

"Report" Nazirliyə istinadən xəbər verir ki, müraciətlərin 92,7 %-i elektron xidmətlərin payına düşüb.

Hazırda Nazirliyin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 283 xidmət göstərilir ki, onların 175-i (61,8 %) elektronlaşdırılıb.

Elektron xidmətlərə www.economy.gov.az, www.lisenziya.gov.az, həmçinin Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri, eləcə də müvafiq xidmətin adını əks etdirən bölmə vasitəsilə müraciət etmək mümkündür.

Sahibkarlar bu onlayn platformalar vasitəsilə zəruri iqtisadi və hüquqi informasiya əldə edə və biznes fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (lisenziyalar, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildiriş və s.) almaq üçün müraciət edə bilərlər.

Sahibkarlara lisenziyaların verilməsi xidməti tam elektronlaşdırılıb. Sahibkarlar müvafiq fəaliyyət növləri üzrə lisenziya almaq üçün "Lisenziyalar və icazələr" portalı vasitəsilə nazirliyə elektron formada müraciət edə bilərlər. Bununla yanaşı, lisenziya müraciətləri müvafiq "ASAN xidmət" mərkəzləri və KOB evləri vasitəsilə də təqdim oluna bilər.

Bundan əlavə, İqtisadiyyat Nazirliyinin "Elektron Xidmətlər Portalı" vahid pəncərə funksiyasını yerinə yetirərək istifadəçilərə elektron kabinet vasitəsilə qurumun strukturuna daxil olan və tabeliyindəki qurumların da xidmətlərindən yararlanmaq imkanı yaradılıb. Portalda istifadəçilərə müraciət etdikləri xidmətin icra prosesini izləmək və xidmətdən istifadə barədə rəy bildirmək imkanı təqdim olunur.

Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə tələb olunan sənədləri elektron qaydada əldə etmək üçün innovativ yeniliklərin tətbiqi, xidmət sferasının genişləndirilməsi və prosedurların optimallaşdırılması ilə istifadəçilərin məmnunluq səviyyəsinin artırılması əhəmiyyət kəsb edir. Göstərilən xidmətlərin elektronlaşdırılması və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər davam etdirilir.

Oxşar xəbərlər

Sahibkarların İqtisadiyyat Nazirliyinin elektron xidmətlərinə müraciətlərinin sayı 33 % artıb
Elektron kabineti olmayan sahibkarlara iddia ərizəsi barədə onlayn bildiriş göndərilməsi imkanı yaradılıb
“Laser Beauty Clinic”in filialının lisenziya əlavəsi dayandırılıb
KOB evlərində ötən il sahibkarlara 456 minə yaxın xidmət göstərilib
TƏBİB: Bu ilin I rübündə 20 milyondan çox tibbi xidmət göstərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər