Rüstəm Alimli: "Cüdoçulardan Avropa Kubokunda daha çox medal gözləyirdik"
Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında Avropa Kubokunda 5 medal qazanan Azərbaycan cüdoçularından gözləntilər daha böyük olub.
Bunu "Sizinxeber.az"a açıqlamasında gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli deyib.
Mütəxəssis komandanın turnirdəki çıxışını şərh edib:
"Avstriyanın Qrats şəhərində təşkil olunan Avropa Kubokunda komandamız əsas heyətlə çıxış etdi. 2 qızıl və 3 bürünc olmaqla, ümumilikdə 5 medal qazandıq. Əlbəttə, cüdoçulardan daha çox medal gözləyirdik. Lakin turnir zamanı bəzi səhvlərə yol verildi və bəzi idmançılarımız medalsız qaldılar. Bakıya qayıtdıqdan sonra həmin səhvlərin üzərində işləyəcəyik. İnanıram ki, növbəti - Praqa şəhərində keçiriləcək Avropa Kubokunda komanda daha yaxşı çıxış edəcək".
Qeyd edək ki, Avropa Kubokunu 2 qızıl və 3 bürünc medalla tamamlayan Azərbaycan millisi 34 ölkə arasında oğlanların mübarizəsində ikinci, ümumi sıralamada isə üçüncü yeri tutub.
Oxşar xəbərlər
Azərbaycanın cüdo millisi Avropa Kubokunda birinci yeri tutub
Azərbaycan boks millisinin böyük məşqçisi: "Avropa birinciliyində daha çox qızıl medal qazana bilərdik"
Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı
Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
Azərbaycan cüdo millisinin baş məşqçisi: "Avropa Kubokundakı nəticələr uğurludur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
