Azərbaycanda axtarış sistemləri arasında "Yandex"in bazar payı mayda 62 % azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda axtarış sistemləri arasında "Yandex"in bazar payı mayda 62 % azalıb


Bu ilin may ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 94,19 % təşkil edib.

"Sizinxeber.az"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, aprel ayına nisbətən 9,03 faiz bəndi, 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 13,56 faiz bəndi çoxdur.

İkinci pillədəki "Yandex"in bazar payı aylıq müqayisədə 7,6 faiz bəndi və ya 62 %, illik isə 12,58 faiz bəndi azalaraq 4,61 %-də qərarlaşıb.

Növbəti yerdə qərarlaşan "Bing"in bazar payı ay ərzində 1,12 faiz bəndi, illik isə 0,44 faiz bəndi azalaraq 0,85 % olub.

Dördüncü yerdəki "DuckDuckGo"nun bazar payı ay ərzində 0,18 faiz bəndi, illik müqayisədə isə 0,18 faiz bəndi azalaraq 0,19 % təşkil edib.

İlk beşliyi qapadan "Yahoo"nun bazar payı ay ərzində 0,09 faiz bəndi, illik müqayisədə isə 0,32 faiz bəndi azalaraq 0,13 % olub.

Oxşar xəbərlər

"ChatGPT" son bir ildə Azərbaycandakı bazar payının 16 %-ni itirib
"Facebook" son 3 ayda Azərbaycandakı bazar payının 45 %-ni itirib
“Samsung” Azərbaycanın planşet bazarındakı payını itirir
“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı 5-ci aydır azalır
“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı 4-cü aydır azalır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər