Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr
sizinxeber.az xəbər saytı

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr


ABŞ Azərbaycanın enerji sektorunda yeni investisiya layihələrinin həyata keçirilməsində maraqlıdır və bu istiqamətdə konkret təşəbbüslər üzərində işləyir.

Sizinxeber.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında bildirib.

Kaleb Orr qeyd edib ki, iqtisadi dialoqun məqsədi tərəflərin iqtisadi təşəbbüslərini bir araya gətirmək və onların icrası üçün konkret fəaliyyət planı hazırlamaqdır:

“Biz enerji sektoruna konkret investisiyalar planlaşdırırıq. Bu iqtisadi dialoqun məqsədi iqtisadi təkliflərimizi bir araya gətirmək, onların həyata keçirilməsi üçün plan hazırlamaq və real nəticələr əldə etməkdir. Çünki sülhün təməlində ortaq maraqlar və iqtisadi rifah dayanır”.

ABŞ rəsmisinin sözlərinə görə, ölkəsinin enerji şirkətləri artıq Azərbaycanda mühüm layihələrdə iştirak edir:

“Bakı Enerji Həftəsi” çərçivəsində “ExxonMobil” şirkəti ilə görüş keçirdik. Ötən il “Bakı Enerji Həftəsi”ndə “ExxonMobil” Azərbaycanda yeni kəşfiyyat işləri üzrə anlaşma memorandumu imzalayıb. Biz bu təşəbbüsü dəstəkləyirik. “ExxonMobil” Azərbaycanda tranzitlə bağlı bir sıra mühüm infrastruktur layihələrinin səhmdarıdır”.

Kaleb Orr əlavə edib ki, “Chevron” şirkəti də “Bakı Enerji Həftəsi” çərçivəsində yeni araşdırma sazişi imzalayıb:

“Chevron” dünən “Bakı Enerji Həftəsi”ndə yeni araşdırma sazişi imzalayıb. Biz bu konkret layihələrin irəliləməsini dəstəkləyirik”.

Onun sözlərinə görə, ABŞ daha geniş mənada Azərbaycanın enerji və boru kəməri infrastrukturunda iştirakını artırmaq niyyətindədir:

“ABŞ Azərbaycanın yaratdığı boru kəməri və digər enerji infrastrukturlarında daha böyük rol oynamaq istəyir”.

Kaleb Orr qeyd edib ki, Vaşinqton Azərbaycanın Avropa və digər bazarlara enerji nəqlində Orta Dəhlizin əsas qovşaqlarından biri kimi mövqeyinin daha da güclənəcəyini gözləyir:

“Prezident Donald Trampın sülh və rifah marşrutu sayəsində Azərbaycanın Avropaya və dünyanın digər bölgələrinə enerji nəqlində Orta Dəhlizin mərkəzi qovşağı kimi rolunu daha da artırmasına kömək edə biləcəyimizi düşünürük”.

Kaleb Orr Azərbaycanın qlobal enerji təhlükəsizliyində mühüm yer tutduğunu da qeyd edib:

“Azərbaycan hazırda dünya üçün mühüm enerji istehsalçısıdır və ABŞ bu münasibətlərdən böyük fayda əldə edir. Növbəti bir neçə il ərzində bu əməkdaşlığın əhəmiyyətli dərəcədə genişlənəcəyini gözləyirik”.

Oxşar xəbərlər

Dövlət katibinin köməkçisi: “Tramp Marşrutu” ilə Azərbaycana mövqeyini daha da gücləndirməkdə dəstək verə biləcəyik
Kaleb Orr: Vaşinqton Bakı ilə enerji tərəfdaşlığının genişləndirilməsinə ümid edir
ABŞ Dövlət Departamenti: Azərbaycan ABŞ-də enerji sektoruna investisiyaları artıra bilər
Kaleb Orr: Azərbaycan regionun enerji təhlükəsizliyində mühüm rol oynayır
Kaleb Orr: Bakı və Vaşinqton ikitərəfli ticarətin genişləndirilməsinə sadiqdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər