Feliks Klayn Azərbaycanda dinlərarası harmoniyanın qorunmasını yüksək qiymətləndirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
in
2026
10:30
0
0
1 087
ff aaaaaaa

Feliks Klayn Azərbaycanda dinlərarası harmoniyanın qorunmasını yüksək qiymətləndirib

03 in, 2026
10:30
1 087

Feliks Klayn Azərbaycanda dinlərarası harmoniyanın qorunmasını yüksək qiymətləndirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Almaniyada yəhudi həyatı və antisemitizmlə mübarizə üzrə müvəkkili Feliks Klayn ilə görüşüb.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Bildirilib ki, R.Məmmədov Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursa əsasən Azərbaycanda həyata keçirilən dövlət siyasəti nəticəsində tarixən formalaşmış tolerantlıq və birgəyaşayış ənənələri uğurla qorunmasından bəhs edib.

O qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri əsrlərboyu qarşılıqlı hörmət və etimad şəraitində yaşayaraq zəngin mənəvi-mədəni xüsusiyyətlərin formalaşmasına töhfə veriblər.

Komitə sədri Azərbaycanın alman mirasının qorunmasına da xüsusi önəm verdiyini, ölkədə yaşamış alman icmalarının tarixi-mədəni və dini irsinin gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb.

O, Azərbaycanda dövlət qeydiyyatlı 994 dini qurumun 38-inin qeyri-islam təmayüllü dini icmalar olmasını da qeyd edib. Bildirilib ki, katolik, pravoslav, protestant, yəhudi, alman lüteran və digər inancları təmsil edən bu icmaların fəaliyyətinin dəstəklənməsi prioritet istiqamətlərdəndir.

Feliks Klayn Azərbaycanda dinlərarası harmoniyanın və etnik müxtəlifliyin qorunmasına yönəlmiş dövlət siyasətini yüksək qiymətləndirdiyini ifadə edib.

O, müxtəlif dini icmaların sərbəst fəaliyyət göstərməsi üçün yaradılmış şəraitin diqqətəlayiq olduğunu bildirib. Azərbaycanda antisemitizm hallarının müşahidə olunmamasını müsbət nümunə kimi dəyərləndirdiyini qeyd edərək, müxtəlif dini və etnik qrupların qarşılıqlı hörmət və anlaşma şəraitində yaşamasının uğurlu təcrübə olduğunu vurğulayıb.

Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə Almaniyanın Azərbaycandakı Ralf Horlemann da iştirak edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul