"Baku Steel Company" "Caspian Oil & Gas 2026" sərgisində
Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsi olan "Baku Steel Company" QSC (BSC) 31-ci Beynəlxalq "Xəzər Neft və Qaz" sərgisində ("Caspian Oil & Gas 2026") "Gold Sponsor" statusunda iştirak edib. Tədbir 1–3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilib və 46 ölkədən 276 şirkəti bir araya gətirib.
BSC stendində beynəlxalq standartlara, o cümlədən API tələblərinə uyğun istehsal edilən neft-qaz sektoru üçün boru məhsulları xüsusi diqqət cəlb edib. Ekspozisiya BSC-ni tikinti, sənaye və neft-qaz sahələri üçün polad məhsulların milli istehsalçısı kimi təqdim etməyə imkan verib.
Sərgi çərçivəsində şirkət nümayəndələri tərəfdaşlar, potensial sifarişçilər və ixtisaslaşmış qurumlarla görüşlər keçirib. Görüşlərdə boru məhsullarının tədarükü, keyfiyyət və sertifikatlaşdırma tələbləri, habelə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirin yekununda təşkilatçılar BSC-yə sponsor dəstəyinə görə təşəkkürlərini bildirib və şirkətin iştirakını xatirə kompozisiyası ilə qeyd ediblər.
Şirkət haqqında
"Baku Steel Company" QSC - Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir. Müasir Avropa texnologiyaları əsasında fəaliyyət göstərən şirkət tikinti, infrastruktur və sənaye sahələri üçün yüksəkkeyfiyyətli polad məhsullar - armatur, tikişsiz borular və ferroərintilər istehsal edir. BSC məhsulları beynəlxalq sertifikatlaşdırma tələblərinə cavab verir və ABŞ, Avropa İttifaqı və digər ölkələrin bazarlarına ixrac olunur.
Ətraflı məlumat: www.bakusteel.com
Oxşar xəbərlər
"Baku Steel Company" Almaniyada "Tube 2026" sərgisində
"Baku Steel Company" 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edir - FOTO
"Baku Steel Company" Xalça Festivalında polad sənətini təqdim etdi
İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
"Baku Steel Company" 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq səviyyədə qəbul olunur: Fransanın narahatlığı artır - TƏHLİL
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
