Səfərbərlik Xidmətinin rəisi Ağsuda vətəndaş qəbulu keçirib
sizinxeber.az xəbər saytı

Səfərbərlik Xidmətinin rəisi Ağsuda vətəndaş qəbulu keçirib


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov iyunun 5-də Xidmətin Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Şamaxı, Qobustan şəhər və rayonlarında olan vətəndaşları qəbul edib.

Bu barədə APA-ya xidmətdən məlumat verilib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Qəbulda 6 şəhid ailəsi və 1 müharibə iştirakçısı olmaqla 19 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, tibbi şəhadətləndirmə, veteranlıq və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

Oxşar xəbərlər

Səfərbərlik Xidmətinin rəisi Ağcabədidə vətəndaşları qəbul edib
Səfərbərlik Xidmətinin rəisi Şirvanda vətəndaşları qəbul edib
Mürsəl İbrahimov Biləsuvarda vətəndaşları qəbul edib
Mürsəl İbrahimov Ağsuda vətəndaşları qəbul edib
Mürsəl İbrahimov Tovuzda vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər