Rumen Radev Azərbaycana yenidən səfər etmək niyyətindədir - EKSKLÜZİV
sizinxeber.az xəbər saytı

Rumen Radev Azərbaycana yenidən səfər etmək niyyətindədir - EKSKLÜZİV


Bolqarıstanın Baş naziri Rumen Radev yenidən Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.

Bu barədə "Report"un Balkan bürosuna Radev Tivatda açıqlama verib.

"Ölkənizə səfər etmək üçün çalışacağam. Azərbaycan getmək istədiyim ən yaxşı yerlərdən biridir. Sizin gözəl ölkəniz var, burada çoxlu dostlar var və bolqarlar Azərbaycanda işləyərək iqtisadiyyata və idmanın inkişafına töhfə verirlər. Yenidən getmək istərdim. Azərbaycan bizim üçün dost ölkədir", - o qeyd edib.

Baş nazir vurğulayıb ki, Sofiya Bakı ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin tərəfdarıdır:

"Azərbaycanla münasibətlərimizin dərinləşməsinə çox şadıq. Sizi əmin edə bilərəm ki, bugünkü iclasın (Avropa İttifaqı (Aİ) və Qərbi Balkan ölkələrinin Tivatdakı Zirvə toplantısı - red.) qərarları da Azərbaycanla münasibətlərin inkişafını əks etdirəcək. Bolqarıstan Aİ və Azərbaycan arasında münasibətlərin gələcək inkişafının fəal tərəfdarıdır".

Radev həmçinin energetika sahəsində əməkdaşlığa toxunaraq əlavə edib ki, Bolqarıstan Azərbaycandan sabit təbii qaz tədarükünü yüksək qiymətləndirir.

"Bu razılaşma çox yaxşı işləyir. Bundan başqa, Azərbaycandan Gürcüstan və Türkiyədan, Bolqarıstandan keçməklə "yaşıl enerji dəhlizi"nin reallaşmasını gözləyirik. Biz bu layihə üzərində fəal işləyirik. Mən həmçinin Bolqarıstanın yaxşı dostu olan Prezident İlham Əliyevlə məzmunlu müzakirələr apardım. Ümid edirəm ki, biz birlikdə bu layihənin reallaşmasını görəcəyik", - o deyib.

Oxşar xəbərlər

Rumen Radev: “Orta Dəhlizin inkişafı üçün Qazaxıstan və Bolqarıstanın coğrafi mövqeyindən maksimum istifadə etmək lazımdır”
Bolqarıstan Parlamenti Rumen Radevin Baş nazir postuna namizədliyini təsdiqləyib
Radev Bolqarıstanın yeni baş naziri oldu
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan xalqına başsağlığı verib
Rumen Radev: "Sofiya və Astana Orta Dəhlizi gücləndirməyə kömək edəcək bir sıra sənədlər imzalayacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər