Biləsuvarda yol qəzasında bir nəfər ölüb - YENİLƏNİB-1
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Biləsuvarda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
İdarədən APA-ya verilən xəbərə görə, iyunun 2-si saat 23 radələrində, Ələt-Astara avtomobil yolunun 90-cı kilometrində, Xırmandalı kəndinin ərazisində Aləddin Babayevin idarə etdiyi “Ford Transit” markalı avtomobil qarşıda gedən Kəramət Ağayevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində “Ford”un sürücüsü hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
"Eyni istiqamətdə, eyni zolaqda hərəkət edən nəqliyyat vasitələrinin bu şəkildə toqquşması sürücülərin yorğun, yuxusuz, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olmasından xəbər verir. Sözügedən yol-nəqliyyat hadisəsində də sürücünün sükan arxasında yuxulaması ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır", məlumatda deyilir.
***
01.00
Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisində qeydə alınmış yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Masallı rayon Ərkivan qəsəbə sakini 1966-cı il təvəllüdlü Ələddin İmamverdi oğlu Babayev idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən eyni istiqamətdə olan Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Kəramət Bəylər oğlu Ağayevin idarə etdiyi "Mercedes" markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə FHN-nin Salyan rayon xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılıb qalan meyit, xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Ələddin Babayevin meyiti daxili və xarici müayinə olunması üçün Cəlilabad rayon Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
***
23:40
Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt-Astara magistralında, Biləsuvar rayonu ərazisində qeydə alınıb.
İlkin məlumata görə, eyni istiqamətdə hərəkətdə olan iki kiçik tutumlu yük avtomobili toqquşub.
Belə ki, arxadan gələn yük avtomobili qarşıda hərəkət edən digər yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində Masallı rayonunun Ərkivan qəsəbə sakini Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.
Oxşar xəbərlər
Bakı-Qazax yolunda qəza olub, ölən var - FOTO
Cəbrayılda iki maşın toqquşub, ölən və xəsarət alan var
Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza olub - FOTO
DYP Ələtdə yük maşını ilə mikroavtobusun toqquşduğu qəza barədə məlumat yayıb - FOTO
Bakıda ölümlə nəticələnən qəza olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti açıqlanıb
