

Alimlər: Fövqəldərin süxurlardan enerji əldə etmək mümkündür
Yerin fövqəlisti dərin süxurlarına qoşulmaq bəşəriyyətə, demək olar, sonsuz bərpa olunan enerji mənbəyi verə bilər ki, bu da əhəmiyyətli miqdarda qalıq yanacağını əvəz edə bilər.
“Report” xəbər verir ki, bu nəticəyə İsveçrənin Lozanna şəhərinin Federal Politexnik Məktəbinin alimləri gəliblər. Tədqiqat “Nature Communications” (NatComms) elmi jurnalında dərc edilib.
Mütəxəssislərin qənaətincə, belə süxurlar çatlar əmələ gətirə bilər ki, bu da birləşərək belə layları daha keçirici edir.
Bu çatlar vacibdir, çünki onlardan keçən su fövqəlkritik fazaya – qaz və mayenin xüsusiyyətlərini birləşdirən bir vəziyyətə keçir. Fövqəlkritik su müasir geotermik quyularla müqayisədə beş-on dəfə daha çox enerji daşıyaraq belə çatlara daha sürətli və asanlıqla nüfuz edə bilər.
Komanda modelləşdirmə aparıb. Onun nəticələri göstərib ki, perspektivdə insanlar mövcud geotermik mənbələrin imkanlarından dəfələrlə çox həcmdə fövqəlkritik enerji əldə etmək üçün yer qabığındakı çat şəbəkələrindən istifadə edə biləcəklər.
Proqnozlaşdırılır ki, belə bir quyu 20 ilədək işləyə bilər.
Oxşar xəbərlər
Alimlər: Yer üzündə ilk canlı hüceyrələr kosmik toz sayəsində yaranıb
Alimlər beynin qocalması ilə bağlı mifi darmadağın ediblər
Beyin funksiyasını yaxşılaşdıran dərman tapılıb
Səfir: "Latviya Azərbaycanla "yaşıl enerji" sahəsində texnologiyalarını paylaşa bilər"
Autizmin oğlanlarda niyə daha çox yayıldığı məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
-
Qazaxıstan Prezidenti nüvə dövlətləri arasında gərginliyin artmasından narahatdır
