Türkiyədə daha 8 məşhurun narkotik test nəticələri müsbət çıxıb
sizinxeber.az xəbər saytı

Türkiyədə daha 8 məşhurun narkotik test nəticələri müsbət çıxıb


Türkiyədə məşhur simalarla bağlı aparılan narkotik araşdırması çərçivəsində səkkiz nəfərin test nəticələrinin müsbət olduğu bildirilir.

"Sizinxeber.az" "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində götürülmüş nümunələrin araşdırılması nəticəsində Ali Efe Bezci, Berdan Mardini, Enis Arıkan, Kenan Doğulu, Oğuzhan Beker, Ozan Doğulu, Tolga Çam və Yaşar İpekin narkotik vasitələrə dair testlərinin müsbət nəticə verdiyi iddia olunur.

Məlumata görə, istintaq çərçivəsində məşhur simaların da olduğu 23 şübhəli barəsində prosessual tədbirlər görülüb. Bildirilib ki, sosial şəbəkələrdəki paylaşımlar, eləcə də texniki və fiziki müşahidə nəticəsində müxtəlif cinayət əməlləri ilə bağlı sübutlar əldə olunub.

Araşdırma zamanı şübhəlilərdən Məhkəmə-Tibbi Ekspertiza Qurumunda qan və saç nümunələri götürülüb.

İstintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Türkiyədə Kənan Doğulu və həyat yoldaşı Beren Saat saxlanılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
Türkiyədə 5 məşhur şəxsin narkotik testi müsbət çıxdı
Kənan Doğulu və Beren Saat sərbəst buraxıldı
Türkiyədə məşhurlara qarşı narkotik istintaqı çərçivəsində 14 nəfər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər