“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans keçirilib
sizinxeber.az xəbər saytı

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans keçirilib


Bu gün Bakıda “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans baş tutub.

Sizinxeber.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun tərəfdaşlığı ilə baş tutan konfransın təşkilində əsas məqsəd məktəbəqədər təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaq və qabaqcıl təcrübələrlə tanışlıq olub.

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov və digər şəxslər iştirak ediblər.

Beynəlxalq konfransa yerli mütəxəssislərlə yanaşı Böyük Britaniya, Estoniya və Finlandiyadan ekspertlər qatılıblar.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib ki, məktəbəqədər təhsil təhsilin ən vacib pillələrindəndir: "Hazırda 1-5 yaş arasındakı uşaqların ən azı 50 faizinin məktəbqədər təhsilə cəlb olunması əsas hədəflərimizdəndir".

Qeyd edək ki, konfrans iki paneldən ibarət olub.

Oxşar xəbərlər

Emin Əmrullayev: 2026-cı ilə qədər bağça müəllimlərinin sertifikasiyaya cəlb edilməsi planlaşdırılır
Emin Əmrullayev: Məqsədimiz məktəbəqədər təhsildə 3-4 yaşı əhatə etməkdir
Cari ildə 100 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqləri aparılıb
Bu il 100 bağçada monitorinq aparılıb
Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər