ABA: Fırıldaqçılıq hallarında birbaşa və dolayısı iştirakçılar düzgün qiymətləndirilmir
Son dövrlərdə baş verən fırıldaqçılıq hallarında birbaşa və dolayısı iştirakçılar çox vaxt düzgün qiymətləndirilmir.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.
Onun sözlərinə görə, digər bir mülahizə birbaşa və ya dolayısı iştirakçıların müəyyən olunması, eləcə də monitorinqin və nəzarətin düzgün qurulması ilə bağlıdır: "Yenə də yaxın keçmişə və son dövrlərdə baş verən fırıldaqçılıq hallarına nəzər salsaq, görünən odur ki, birbaşa və dolayısı iştirakçılar çox vaxt ya düzgün qiymətləndirilmir, ya da ümumiyyətlə tam şəkildə qiymətləndirilmir. İnteqrasiyalar qurulur, ödəniş həlləri təqdim olunur, lakin bu zaman bəzən çox köhnə müqavilələrə, hətta 2010-cu illərə aid razılaşmalara istinad edilir. Bu cür köhnə müqavilələr üzərindən qurulan həllər isə yeni ödəniş ekosisteminin tələblərini tam əhatə etmir. Risk idarəetmə çərçivəsi təkmilləşdirilərkən bu amillər mütləq nəzərə alınmalıdır. Yəni yeni həllər təqdim olunarkən iştirakçıların rolu, məsuliyyəti və risk bölgüsü daha aydın şəkildə müəyyən edilməlidir".
ABA rəsmisi əlavə edib ki, Azərbaycan Mərkəzi Bankının fintexlərin fəaliyyəti ilə bağlı kifayət qədər yaxşı tənzimləyici qaydası mövcuddur: "Orada açıq şəkildə qeyd olunur ki, ödəniş təşkilatları və elektron pul təşkilatları fırıldaqçılıq əməliyyatlarına qarşı təhlükəsizlik siyasətinə malik olmalıdırlar. Eyni zamanda, daxili kommunikasiya, struktur bölmələr arasında məlumatlandırma, monitorinqin aparılması və şübhəli əməliyyatlarla bağlı sorğuların qəbul edilməsi kimi tələblər də müəyyən edilib. Yaxşı olardı ki, mövcud deyilsə, banklara münasibətdə də oxşar format tətbiq olunsun. Yəni risk idarəetmə çərçivəsi formalaşdırılarkən bu siyasətin hazırlanması ayrıca tələb kimi müəyyən edilsin. Beləliklə, banklar və digər iştirakçılar bu çərçivədən çıxış edərək öz daxili prosedurlarını daha sistemli şəkildə qura bilərlər və qeyd olunan məsələlər də öz müsbət həllini tapa bilər".
Oxşar xəbərlər
Ekspert: "Rəqəmsal ödəniş ekosistemində fırıldaqçılığa qarşı mübarizə gücləndirilməlidir"
"Bank of Baku"dan maliyyə savadlılığına töhfə: uşaqlar üçün maarifləndirici kitabça
Ödəniş kartları ilə bağlı təhlükəsizlik standartlarının qanunvericiliyə inteqrasiyası təklif olunur
AMB: Fırıldaqçılıq əməliyyatlarında kəskin artım var
"Mastercard": 2023-2032-ci illərdə kartla əlaqəli 425 milyard dollarlıq fırıldaqçılıq halları olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO
