Emin Əmrullayev: Məqsədimiz məktəbə hazırlıqda 3-4 yaşı əhatə etməkdir
sizinxeber.az xəbər saytı

Emin Əmrullayev: Məqsədimiz məktəbə hazırlıqda 3-4 yaşı əhatə etməkdir


"Elm və Təhsil Naziriliyinin gördüyü ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbə hazırlığa cəlb olunmasıdır".

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.

O bildirib ki, hər 10 uşaqdan 8-9 uşaq ən azından 1 illik məktəbə hazırlıq qruplarında təhsil alır.

O əlavə edib ki, təhsildə olan dəyişikliklərin uzunmüddətli olmasının səbəbi vaxtilə edilən və ya edilməyən işlərin nəticəsini 10-15 il sonra görməyimizdir:

“Biz ilkin nəticələri 10-15 ilə, real nəticələri, iqtisadiyyata verilən nəticələri isə 25 və ya daha çox ilə görürük. Düşünürəm ki, bunlar uzunmüddətli vaxta görülən işlərdir. Biz Elm və Təhsil Nazirliyi olaraq inanırıq ki, məktəbə hazırlıq üçün olan nəticələri ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək”.

Nazir bildirib ki, qarşıda olan digər çağırış isə məktəbə hazırlıqda 3-4 yaşı əhatə etməkdir.

O bildirib ki, məktəbə hazırlıq üçün indi 5-6 yaşı əhatə ediriksə, məqsəd bunu daha aşağı yaşa, 3-4 yaşa endirməkdir.

Oxşar xəbərlər

Emin Əmrullayev: Məqsədimiz məktəbəqədər təhsildə 3-4 yaşı əhatə etməkdir
Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb
Nazir: Məktəbəqədər təhsil müəssisələri uşağın saxlanc yeri olmamaldıır, bura təhsil müəssisəsidir
Emin Əmrullayev İtaliyanın təhsil naziri ilə görüşüb
Emin Əmrullayev: Qarabağda təhsil və innovasiyalarla dayanıqlı inkişaf təmin ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər