Pentaqon bir sıra iri Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib
sizinxeber.az xəbər saytı

Pentaqon bir sıra iri Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib


ABŞ-nin Müharibə Nazirliyi Çin Xalq Azadlıq Ordusu ilə əməkdaşlığa görə Çinin bir sıra iri şirkətlərini "qara siyahı"ya daxil edib.

"Report" xəbər verir ki, sənəd ABŞ hökumətinin Federal Reyestrində dərc olunub.

Sənədə əsasən, "Alibaba" onlayn ticarət platforması, "Baidu" axtarış sistemi, elektromobil və akkumulyator istehsalçısı BYD və NIO korporasiyası siyahıya daxil edilib.

Bu şirkətlər Çinin Sənaye və İnformasiyalaşdırma Nazirliyi ilə əməkdaşlığa görə "qara siyahı"ya düşüb. Ümumilikdə, bu il siyahıya 15-ə yaxın şirkət əlavə edilib.

Qeyd edək ki, bu qərar sanksiyaların dərhal tətbiq edilməsini nəzərdə tutmur, lakin siyahıya daxil edilmiş şirkətlərə ABŞ hərbi idarəsi üçün podratçı kimi çıxış etmək qadağandır. Bu həm də onu göstərir ki, sonradan onlara qarşı ticarət və ya digər məhdudiyyətlər tətbiq edilə bilər.

Oxşar xəbərlər

ABŞ İran və husilərə qarşı sanksiya siyahılarını genişləndirir
ABŞ İran və husilərə qarşı sanksiya siyahılarını genişləndirir
ABŞ İranın kölgə bank sistemini və qaz ixrac şəbəkəsini "qara siyahı"ya salıb
Britaniya 18 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib
ABŞ SEPAH-a bağlı şəxsləri qara siyahıya saldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər