"Visa": Süni intellektə investisiya qoyan şirkətlər gələcəyin ödəniş bazarını müəyyən edəcəklər
sizinxeber.az xəbər saytı

"Visa": Süni intellektə investisiya qoyan şirkətlər gələcəyin ödəniş bazarını müəyyən edəcəklər


"Passkey" (barmaq izi, üz tanıma və s) texnologiyasına və süni intellektə investisiya qoyan şirkətlər gələcəyin ödəniş bazarını müəyyən edəcəklər.

"Sizinxeber.az" xəbər verir ki, "Visa" beynəlxalq kart təşkilatının Mərkəzi və Şərqi Avropa, MDB və Cənub-Şərqi Avropa regionu üzrə rəqəmsal həllər departamentinin baş direktoru Sergey Frantişko Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.

Onun sözlərinə görə, hazırda qlobal ödəniş sənayesində əsas tendensiyalardan biri müştəri autentifikasiyasını "Passkey" texnologiyasına keçirməkdir: "Visa Payment Passkey" həlli yeni FIDO standartına əsaslanır və müştərinin identifikasiyasını tam qoruyur. Araşdırmalar göstərir ki, birdəfəlik şifrələrin (OTP) əvəzinə biometrik autentifikasiyadan istifadə dələduzluq hallarını təxminən 50 % azaldır. Müasir ödəniş ekosistemində tokenlər ödənişləri, "Passkey" isə istifadəçi identifikasiyasını qoruyur. Bu yanaşma təhlükəsizliyin sistemin özündə qurulması və istifadəçi üçün maksimum rahatlığın təmin olunması prinsipinə əsaslanır".

"Visa" rəsmisi əlavə edib ki, gələcəyin ödəniş arxitekturası üç əsas komponent üzərində qurulacaq: tokenizasiya, "Passkey" və süni intellekt: "Tokenizasiya kart nömrələrinin deyil, ödəniş rekvizitlərinin qorunmasına yönəlib. "Passkey" istifadəçinin identifikasiyasını təmin edir, süni intellekt isə artıq yalnız dələduzluğun qarşısının alınması və ya fərdiləşdirilmiş təkliflərin hazırlanması ilə məhdudlaşmır. Süni intellekt artıq ödənişləri təşəbbüs edir, optimallaşdırır və müəyyən qərarlar qəbul edir. Bunun üçün istifadəçinin razılığı biometrik təsdiq vasitəsilə əldə olunur", - deyə o vurğulayıb.

S.Frantişko regionda elektron ticarətin sürətlə inkişaf etdiyini və "Mobile First" davranış modelinin formalaşdığını bildirib: "İnsanlar ödənişlər üçün getdikcə daha çox smartfonlardan, ağıllı saatlardan və digər daşınan cihazlardan istifadə edirlər. Nağdsız ödənişlərin həcmi artsa da, regionda nağd əməliyyatların payını azaltmaq üçün hələ böyük potensial mövcuddur. Düzgün qurulmuş ödəniş infrastrukturu ölkələrə bəzi inkişaf mərhələlərini keçərək daha müasir həllərə birbaşa keçid etməyə imkan verə bilər. Tokenizasiya, "Passkey" texnologiyaları və süni intellekt infrastrukturlarına investisiya qoyan bazar iştirakçıları gələcəyin maliyyə xidmətləri sektorunda lider mövqelər tutacaqlar".

Oxşar xəbərlər

“Visa” kibertəhlükəsizlik tədbirlərini gücləndirir
Ukraynada “Visa” və “Mastercard” ödəniş sistemlərinin işində nasazlıq yaranıb
ABA: Türk dövlətlərində rəqəmsal ödəniş inteqrasiyası üçün yeni imkanlar genişlənir
"Visa" rəsmisi: "Yeni tendensiyalar maliyyə resurslarına tələbat yaradır"
Onur Faydacı: "Azərbaycanda rəqəmsal ödənişlərin payı dünya ortalamasını üstələyib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər