EBRD növbəti dəfə "Bank Respublika"nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
"Bank Respublika" EBRD-nin Riqada keçirilən İllik Toplantısında növbəti mükafat qazandı!
"Bank Respublika" Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2025-cı il üzrə "Azərbaycanda ən fəal emitent bank" adına layiq görülüb. Bu mükafat bankın beynəlxalq ticarətin maliyyələşdirilməsi istiqamətində göstərdiyi yüksək nəticələrin və etibarlı tərəfdaş mövqeyinin növbəti beynəlxalq təsdiqidir.
Mükafatlandırma mərasimi EBRD-nin Rəhbərlər Şurasının Latviyanın paytaxtı Riqa şəhərində keçirilən illik toplantısı çərçivəsində baş tutub.
Qeyd edək ki, bu mükafat "Bank Respublika"nın bu sahədə dördüncü il ardıcıl olaraq qazandığı uğurudur.
Qazanılan uğur "Bank Respublika"nın beynəlxalq maliyyə institutları ilə qurduğu möhkəm əməkdaşlıq münasibətlərinin, eləcə də ticarətin maliyyələşdirilməsi sahəsində çalışan peşəkar komandasının ardıcıl fəaliyyətinin nəticəsidir. Eyni zamanda, bu mükafat Azərbaycanın beynəlxalq və regional ticarətdə artan rolunun və ölkə bank sektorunun yüksələn potensialının göstəricisi kimi qiymətləndirilə bilər.
"Bank Respublika" sahibkarlıq subyektləri və korporativ müştərilər üçün ticarətin maliyyələşdirilməsi üzrə müasir məhsul və xidmətlər təqdim etməyə davam edir. Bank ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, bizneslərin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə və xarici ticarət əlaqələrinin gücləndirilməsinə töhfə verməyi strateji prioritetlərindən biri hesab edir.
Oxşar xəbərlər
"Bank Respublika" növbəti dəfə “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görüldü
"Bank Respublika" "Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank" seçildi!
"Bank Respublika" nizamnamə kapitalını artırır
Mikayıl Cabbarov EBRD-nin Müdirlər Şurasının açılış sessiyasında iştirak edib
"Bank Respublika" səhmdarlarına 13 milyon manata yaxın dividend ödəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO
