Sumqayıtda Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə sahilyanı təmizlik aksiyaları keçirilib - FOTO
5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Sumqayıt şəhərində Xəzər dənizi sahilində genişmiqyaslı təmizlik aksiyaları təşkil olunub. Aksiyalar Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, SOCAR “Azərikimya” İB, “SOCAR Karbamid”, “SOCAR Polymer”, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və digər aidiyyəti qurumların dəstəyi ilə keçirilib.
Təmizlik aksiyalarına ASAN Könüllüləri, Sumqayıt Gənclər Evinin könüllüləri, dövlət və özəl müəssisələrin əməkdaşları, ictimai fəallar və şəhər ictimaiyyəti fəal şəkildə qoşulublar. İştirakçılar Xəzər dənizinin sahilyanı ərazilərini məişət və sənaye tullantılarından təmizləyib, toplanmış tullantılar çeşidlənərək aidiyyəti qurumlara təhvil verilib.
Tədbirin əsas məqsədi ətraf mühitin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və ekoloji mədəniyyətin inkişafına ictimai dəstəyin gücləndirilməsi olub. Qeyd olunub ki, bu tip təşəbbüslər Sumqayıt şəhərində ətraf mühitin mühafizəsinə yönəlmiş məqsədyönlü fəaliyyətin bir hissəsidir və gələcəkdə də davam etdiriləcək.
Oxşar xəbərlər
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
Xəzər sahillərində 2 tona yaxın tullantı toplanıb
Sumqayıtda Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə ağacəkmə aksiyaları keçirilib - FOTO
Sumqayıtın 75 illik yubileyinə həsr olunmuş sənaye sərgisi keçirilib - FOTO
Sumqayıtda qışa hazırlıqla bağlı texnikalara baxış keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













