SİMA İmza ilə "Birbank Biznes"də onlayn rahatlıq
sizinxeber.az xəbər saytı

SİMA İmza ilə "Birbank Biznes"də onlayn rahatlıq


SİMA rəqəmsal imza “Birbank Biznes” mobil tətbiqinə inteqrasiya olunub.

"Sizinxeber.az-Economics" xəbər verir ki, artıq fərdi sahibkarlar “SİMA İmza” vasitəsilə “Birbank Biznes” tətbiqində qeydiyyatdan keçə, onlayn şəkildə hesab yarada, mövcud hesablarına daxil olaraq bank əməliyyatlarını məsafədən idarə edə bilərlər.

“SİMA İmza”nın onlayn şəkildə əldə olunması və “Birbank Biznes” daxilində sənədləşmə proseslərinin rəqəmsal formada həyata keçirilməsi istifadəçilərə biznes proseslərini daha çevik və təhlükəsiz idarə etməyə imkan verir. Hər hansı xidmət ofisinə getməyə ehtiyac qalmadığı üçün vaxt və resurs itkisi minimuma endirilir.

Qeyd edək ki, SİMA fərdi sahibkarlar üçün istənilən vaxt, istənilən yerdən əldə oluna bilən müasir və etibarlı biznes imzası təqdim edir. İmzanı mobil tətbiqi yükləyib qeydiyyatdan keçməklə bir neçə dəqiqə ərzində almaq mümkündür. Sahibkarlar 6AYPULSUZ promokodu vasitəsilə SİMA rəqəmsal imzadan ilk 6 ay müddətində tamamilə ödənişsiz istifadə edə bilərlər.

Oxşar xəbərlər

ABB biznes proseslərində “SİMA İmza”nın geniş tətbiqinə başladı
SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar
“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib
Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb
“SİMA İmza” ilə kredit müqaviləni məsafədən imzala!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər