COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar sentyabrın 21-də COP29 Azərbaycan Əməliyyat Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə növbəti sahilyanı təmizlik aksiyası təşkil edilib.
Bu barədə APA-ya COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər dənizinin Lənkəran sahilində baş tutan sahilyanı təmizlik aksiyasına COP29 könüllüləri ilə yanaşı, Regional İnkişaf İctimai Birliyinin Lənkəran şöbəsininin könüllüləri də daxil olmaqla 100-dən artıq iştirakçı qatılıb. Təmizlik aksiyası çərçivəsində 1km-dən artıq sahil zolağı plastik və digər tullantılardan təmizlənib.
Toplanan 1100 kiloqram tullantı utilizasiya üçün Lənkəran Şəhər Abadlıq İdarəsinə təhvil verilib. Eyni zamanda, əvvəlki iməcilik tədbirlərində olduğu kimi bu dəfə də toplanılan tullantıların həcmi haqqında məlumat “Ocean Conservancy” qeyri-kommersiya ətraf mühitin müdafiəsi qrupunun qlobal məlumat bazasına daxil edilib.
Əlavə edək ki, ekoloji tədbirə qatılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi nümayəndələri Xəzər dənizinin mövcud ekoloji vəziyyəti, tullantıların utilizasiyası, xüsusən də düzgün idarə olunmadığı təqdirdə sualtı ekosistemə təsiri barədə könüllüləri məlumatlandırıb, onların mövzu ilə bağlı suallarını cavablandırıb.
Oxşar xəbərlər
Mövsümün sonuncu kütləvi təmizlik aksiyası təşkil olunub
Şöbə müdiri: Ekoloji aksiyalar zamanı 110 tondan çox tullantı təmizlənib
“Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya keçirilib - FOTO
“Yay Fest” çərçivəsində COP29 könüllüləri üçün düşərgə təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
