Azərbaycan daha iki ölkəyə alma tədarük etməyə başlayıb
sizinxeber.az xəbər saytı

Azərbaycan daha iki ölkəyə alma tədarük etməyə başlayıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 32,6 milyon ABŞ dolları dəyərində 40 min 737 ton alma göndərilib.

"Sizinxeber.az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22,5 %, kəmiyyət olaraq – 5 % çoxdur.

Hesabat dövründə Rusiyaya 26,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % çox) 33 min 321 ton (-7 %), Özbəkistana 2,1 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 1 min 679 ton (+3,2 dəfə), Türkiyəyə 1,9 milyon ABŞ dolları dəyərində (+10 dəfə) 1 min 872 ton (+14 dəfə), Qazaxıstana 786 min ABŞ dolları dəyərində (+95 %) 1 min 886 ton (+87 %), Birləşmiş Ərəb Əmirliklərinə 515 min ABŞ dolları dəyərində (-32 %) 445 ton (-50 %) məhsul satıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstana (12 min ABŞ dolları dəyərində 18,5 ton) və İspaniyaya (41 min ABŞ dolları dəyərində 30 ton) həyata keçirilib.

Oxşar xəbərlər

Azərbaycan ilk dəfə İsveçdən qızıl almağa başlayıb 
Azərbaycan Suriyaya xurma tədarük etməyə başlayıb
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb
Azərbaycan 3 ölkədən qızıl tədarük etməyə başlayıb
Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 9 dəfədən çox artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər