Sumqayıtda Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə ağacəkmə aksiyaları keçirilib - FOTO
Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə ağacəkmə aksiyaları təşkil olunub.
Sizinxeber.az xəbər verir ki, Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirilən tədbirlər şəhərdə yaşıllıq sahələrinin artırılması və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə vermək məqsədi daşıyır.
Aksiyalar zamanı torpaq-iqlim şəraitinə uyğun olaraq seçilmiş ağaclar şəhərin müxtəlif ərazilərində əkilib. Əkilən ağaclara peşəkar səviyyədə aqrotexniki qulluq göstərilib, ərazidə genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb.
Ərazilərin nəzarətdə saxlanılması, eləcə də əkilən ağaclara mütəmadi qulluq göstərilməsi üçün zəruri tədbirlər davamlı şəkildə həyata keçiriləcək.
Aksiyalarda şəhər ictimaiyyəti nümayəndələri, gənclər və könüllülər fəal iştirak ediblər. Onlar Ulu Öndərin ətraf mühitə və yaşıllıqların qorunmasına verdiyi önəmi xüsusi vurğulayaraq, bu kimi aksiyaların gələcək nəsillər üçün də örnək olacağını bildiriblər.
Oxşar xəbərlər
FHN Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə ağacəkmə aksiyaları keçirib - FOTO
FHN-nin akademiyasında ağacəkmə aksiyası keçirilib - FOTO
Sumqayıtda ağacəkmə aksiyası keçirilib - FOTO
Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Gəncədə 10 200 ədəd ağac əkilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













